Böyük Britaniya Azərbaycan və Ermənistana silah tədarükünə qoyulan embarqonu tamamilə ləğv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniya parlamentinin saytında Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Dautinin bəyanatı dərc olunub.
“Biz ATƏT-in Minsk qrupunun buraxılmasını dəstəkləmişik. Əldə olunan irəliləyişi nəzərə alaraq hesab edirik ki, 1992-ci ildən qüvvədə olan ATƏT embarqosu artıq aktuallığını itirib. Böyük Britaniya Azərbaycan və Ermənistana silah tədarükünə qoyulan embarqonu tam şəkildə ləğv edir.
Bu addım təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına və ölkələrin suverenliyi ilə ərazi bütövlüyünün qorunmasına, o cümlədən hibrid təhdidlərə qarşı cavab tədbirlərinə töhfə verəcək. Silah ixracı ilə bağlı lisenziyalar sərt meyarlara əsasən, fərdi qaydada qiymətləndiriləcək”, - deyə bəyanatda qeyd olunub.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
11:07 / 14.10.2025
SON DƏQİQƏ! Böyük Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ
Hazırda oxunan: SON DƏQİQƏ! Böyük Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ
Hazırda oxunan: SON DƏQİQƏ! Böyük Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ
575171
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.