Azərbaycan-Pakistan-Türkiyə Parlament sədrləri arasında ÜÇTƏRƏFLİ GÖRÜŞ – FOTO

Azərbaycan-Pakistan-Türkiyə Parlament sədrləri arasında ÜÇTƏRƏFLİ GÖRÜŞ – FOTO

Hazırda oxunan: Azərbaycan-Pakistan-Türkiyə Parlament sədrləri arasında ÜÇTƏRƏFLİ GÖRÜŞ – FOTO

574965

Oktyabrın 13-də Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycan-Pakistan-Türkiyə Parlament sədrlərinin üçüncü üçtərəfli görüşü başlayıb. Əvvəlcə görüşün İcraiyyə Toplantısı keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, tədbirdə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş iştirak ediblər.
 

Parlament sədrləri ölkələrimiz və parlamentlərimiz arasında yüksəksəviyyəli qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayaraq, bu görüşün də üçtərəfli parlament əməkdaşlığı üzrə qarşıya qoyulan məqsəd və hədəflərə çatmağımıza güclü təkan verəcəyinə inam ifadə ediblər.


İcraiyyə Toplantısında gündəlikdəki mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan-Pakistan-Türkiyə Parlament sədrlərinin üçüncü üçtərəfli görüşünün açılış mərasimi başlayıb.

Üçtərəfli görüş bu gün parlament sədrlərinin çıxışları və deputatların da iştirakı ilə keçiriləcək geniş müzakirələrlə davam edəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO