Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) təşkilatçılığı və müvafiq sahədə fəaliyyət göstərən təsisatların nümayəndələrinin iştirakı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda növbəti beynəlxalq konfrans keçirilib.
Bizim.Media xəbər verir ki, öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciəti oxunub.
Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Dövlət Komissiyasının sədri Əli Nağıyev çıxış edib.
Sonra konfransın mövzusu ilə bağlı digər iştirakçılar çıxış edib, və panel sessiyalar olub. Həmçinin Dövlət Komissiyası ilə Bosniya və Herseqovinanın İtkin düşmüş şəxslər İnstitutu arasında əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.
Tədbirin sonunda Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub.
Bizim.Media