Kremldən Düşənbədəki görüşdən əvvəl AÇIQLAMA

Kremldən Düşənbədəki görüşdən əvvəl AÇIQLAMA

Hazırda oxunan: Kremldən Düşənbədəki görüşdən əvvəl AÇIQLAMA

574334

Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında görüş ərəfəsində Rusiya tərəfi optimist əhval-ruhiyyədədir. Liderlərin münasibətlərdə yığılıb qalmış bütün problemləri müzakirə edə biləcəkləri gözlənilir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Hazırda biz Putinin Tacikistana dövlət səfərinə hazırlaşırıq. Çox geniş gündəliyimiz var. Təbii ki, Rusiya–Azərbaycan münasibətləri məsələsi də var. İki prezidentin bu gün görüşəcəyi barədə razılıq əldə olunub. Görək görüşün nəticələri necə olacaq. Biz bu məsələyə optimist yanaşırıq.

Ümid edirik ki, prezidentlər ikitərəfli münasibətlərimizin indiki vəziyyətini müzakirə edəcək və mövcud problemləri də nəzərdən keçirəcəklər”, deyə o vurğulayıb.

Peskov həmçinin qeyd edib ki, 7 oktyabrda Putinlə İlham Əliyev arasında baş tutan telefon danışığı “yaxşı, pozitiv və konstruktiv” olub və qarşıdakı görüş barədə razılıq həmin söhbət zamanı da əldə edilib:

“İlham Əliyev Putinə zəng edərək onu doğum günü münasibətilə təbrik edib. Bu danışıq, liderlər arasında yarım ildən artıq davam edən şəxsi təmasların olmamasından sonra ilk ünsiyyət olub”.

Xatırladaq ki, Putin və İlham Əliyevin tamformatlı görüşü 9 oktyabrda Düşənbədə baş tutacaq.

Putin Tacikistana dövlət səfəri çərçivəsində MDB sammitində iştirak edəcək. Bu görüş 2024-cü ilin oktyabrından bəri ilk görüş olacaq. Həmin görüş də MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində keçirilmişdi. Bundan əlavə, Rusiya prezidenti bildirmişdi ki, iki lider Şanxay Əməkdaşlıq Təşkilatının Tyanjində keçirilən sammitində “bir-iki kəlmə” söhbət edə bilmişdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO