“Ölkəmizin qarşısını kəsməyə çalışanlar, həmd olsun, indiyədək uğur qazanmadılar”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali Mərmərə avtomobil yolunun açılış mərasimində bildirib.
“Türkiyənin suverenlik haqlarını müdafiə etməkdən əsla çəkilməyəcəyik. Bunu qəbul etdirəcəyik. Təhdid, riyakarlıq və badalaqla ölkəmizi diz çökdürmək istəyənlərə buradan bəyan edirəm: sizləri məyus etməyə davam edəcəyik. Bu günlərə gətirib çıxardığımız mübarizəni qələbə qazananadək dayanmayacağıq.
Adı millət olan, əslində zillət vəziyyətinə düşmüş PKK terror qruplaşması ilə iç-içə olanlara müraciət edirəm: 2023-cü il “Cumhur İttifaqının” yeni bir zəfər ili olacaq. İnşallah, millətimizə verdiyimiz hər sözə əməl edib 2023-cü ilə alnı açıq, üz ağ çıxacağıq”,- Türkiyə prezidenti vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sanksiyalarına cavab olaraq danışıqlara və problemləri həll etməyə həmişə hazır olduqlarını da bildirib.
O, Qaziantep şəhərində özəl xəstəxanada baş verən partlayış nəticəsində 9 nəfərin öldüyünü bildirib, ölənlərə Allahdan rəhmət diləyib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:45 / 19.12.2020
"2023-cü il yeni bir zəfər ili olacaq" - Ərdoğan
Hazırda oxunan: "2023-cü il yeni bir zəfər ili olacaq" - Ərdoğan
Hazırda oxunan: "2023-cü il yeni bir zəfər ili olacaq" - Ərdoğan
5734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.