Prezidentlə xanımı Binə Tədris və Xidmət Kompleksinin açılışında – FOTO/VİDEO

Prezidentlə xanımı Binə Tədris və Xidmət Kompleksinin açılışında – FOTO/VİDEO

Hazırda oxunan: Prezidentlə xanımı Binə Tədris və Xidmət Kompleksinin açılışında – FOTO/VİDEO

57339

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Binə qəsəbəsinin Atçılıq və Təmənis yaşayış massivlərində indiyədək təhsil ocaqları olmadığından şagirdlər yaxın ərazilərdəki tədris müəssisələrində oxumaq məcburiyyətində idilər. 
2020-2021-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Binə qəsəbəsində Tədris və Xidmət Kompleksi inşa olunub. Kompleksin ərazisində 1400 şagird tutumu olan orta məktəb və 192 yerlik körpələr evi-uşaq bağçası, stadion və idman sahələri yaradılıb. Ərazi abadlaşdırılaraq müxtəlif növ ağaclar əkilib, həmçinin istirahət parkı salınıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində tikilmiş 292 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.

Qeyd olunub ki, Tədris və Xidmət Kompleksinin ərazisində gündəlik 100 pasiyentə xidmət göstərmək imkanı olan tibb məntəqəsi və 150-yə qədər vətəndaşa xidmət göstərə biləcək poçt məntəqəsi inşa edilib.
 

*** 10:21

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO