“Paşinyan Azərbaycanla sərhəd müqaviləsi imzalayacaq” - Şahnazaryan

“Paşinyan Azərbaycanla sərhəd müqaviləsi imzalayacaq” - Şahnazaryan

Hazırda oxunan: “Paşinyan Azərbaycanla sərhəd müqaviləsi imzalayacaq” - Şahnazaryan

5717

“Paşinyan yaxın gələcəkdə Türkiyə ilə diplomatik əlaqələr qurmaq niyyətindədir”.

Bizim.Media erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryan deyib.

O bildirb ki, Nikol Paşinyan istefasını hələ də təxirə salır, çünki bir çox "işi" var:

“Qoşunları geri çəksin, şimaldakı 7-8 kəndi Azərbaycana təhvil versin, bir sıra Vayk (Soylan-red), Ararat( Vedi-red) və Syunik kəndlərini təhvil versin.”,- deyə o qeyd edib.

Şahnazaryan deyib ki, Paşinyan Bakı ilə sərhəd müqaviləsi imzalamaq istəyir.

“O da Bakı ilə sərhəd müqaviləsi imzalayacaq. Niyə? Diplomatik münasibətlər qurmaq üçün. Syunik üzərindən Azərbaycandan Türkiyəyə qaz kəmərlərinin çəkilməsinə razılaşmaq niyyətindədir və nəhayət, Ankara ilə yaxın gələcəkdə diplomatik əlaqələr qurmaq  arzusundadır”,- deyə o əlavə edib.

Təhlükəsizlik xidmətinin sabiq rəhbəri vətəndaşları yürüşdən imtinaya səsləyib:

“Hamını bu xəyanət yürüşündə iştirak etməməyə çağırıram. Xainlər hərbi panteonun ərazisinə ayaq basmayacaqlar ” deyə o, müraciətini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO