Sarkisyanın istefasında Azərbaycan Prezidentinin rolu – Qabil Hüseynlinin ŞƏRHİ

Sarkisyanın istefasında Azərbaycan Prezidentinin rolu – Qabil Hüseynlinin ŞƏRHİ

Hazırda oxunan: Sarkisyanın istefasında Azərbaycan Prezidentinin rolu – Qabil Hüseynlinin ŞƏRHİ

57116

“Bu günlərdə Azərbaycan-Ermənistan münasibətləri, xüsusən sülhyaratma prosesində müəyyən pauza yaranmışdı. Prezident İlham Əliyev yerli telekanallara müsahibədə Ermənistanın bu astagəlliyini ciddi tənqid edib və bir növ İrəvana 6 ay vaxt verib.

Bu xəbərdarlığın ardınca Ermənistanda müəyyən proseslər getməyə başladı. Hər şeydən əvvəl Baş nazir Paşinyan öz mövqeyini möhkəmlətmək və sülh danışıqlarında hər şeyi əlinə toplamaq məqsədilə Prezident Armen Sarkisyanın istefasını aktuallaşdırmağa start verdi” deyən, sabiq dövlət müşaviri Qabil Hüseynli xatırladıb ki, Armen Sarkisyan 44 günlük savaşdan sonra  Nikol Paşinyana müxalif mövqe tutması ilə yadda qalıb.

Bizim.Media ilə dialoq zamanı politoloq bildirib ki, ermənilər üçün ağır məğlubiyyətlə nəticələnən II Qarabağ müharibəsindən sonra Ermənistan Prezidenti Armen Sarkisyan “Qarabağ klanı”na qoşulub və Serj Sarkisyanla birgə Paşinyanın istefasına nail olmağa çalışıb.

Bununla isə Armen özünü nüfuzdan salıb:

“Son dövrlərdə Armen Sarkisyan Bakı ilə sülh danışıqlarının da əleyhinə gedirdi. Belə olan halda isə Nikol Paşinyanın addımları məhdudlaşır, o, əl-qol aça bilmirdi. Yəni, Armenin fəaliyyəti Nikolun sülh siyasətinə maneəçilik törədirdi.

Onsuz da Ermənistanda daha əvvəl də parlamentli idarəçilikdən prezident sisteminə keçidin zəruriliyi barədə fikirlər səsləndirilib. Çünki vəziyyətlərinin ağır olduğu şəraitdə Ermənistana güclü prezident hakimiyyəti lazımdır. 

Nikol Paşinyanın əlini gücləndirən amillərdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin çıxışıdır. Belə ki, İlham Əliyev Ermənistan tərəfinə sülh danışıqlarının sürətləndirilməsi, kommunikasiyaların açılması, sərhədlədlərin delimitasiyası yönündə 6 ay vaxt verib.

Azərbaycan Prezidentinin ultimativ xarakterli tənqidləri Ermənistan cəmiyyəti, eləcə də siyasi elitasına ciddi təsir edib”.

Qabil Hüseynli sonda vurğulayıb ki, Prezident İlham Əliyevin İrəvana verdiyi 6 ay Ermənistanın siyasi gündəmini formalaşdırıb. “Ermənistanda siyasi gündəmi biz formalaşdırırıq” deyə, bunu dövlət başçımız özü də vurğulamışdı”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO