“Düşünürəm ki, xarici məsələlərdə biz (Azərbaycan və Türkiyə) öz mövqelərimizi uzlaşdırmalıyıq. Amma Azərbaycan müstəqil bir dövlətdir, “Bir millət, iki dövlət” anlayışı nəzəri bir yanaşmadır və onun hüquqi əsası yoxdur”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynlə qatıldığı debatda bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Elə seçki heç kimə lazım deyil” – Razi Nurullayevdən SƏRT TƏNQİD
AXP sədrinin millət vəkilinə cavabı isə bu cür olub:
“Üzr istəyirəm, bəs Şuşa Bəyannaməsinə, Heydər Əliyevə istinadla o cümlə niyə düşdü? “Bir millət, iki dövlət” anlayışı həmin Bəyannamənin preambulasında əks olunub. Siz isə deyirsiniz ki, bu hüquqi sənəd deyil. O da bir hüquqi sənəddir də. Bu fikir müqaviləyə təsadüfən düşməyib hər halda”.
Pənah Hüseynin cavabının ardınca isə, tərəflər arasında müzakirələr daha da gərginləşib.
Həmin kadrları təqdim edirik:
Murad Əhmədov, Bizim.Media