Ermənistanda “diaspor ili” BƏD başladı - Sarkisyanın istefası yeni SAVAŞA səbəb olacaq   

Ermənistanda “diaspor ili” BƏD başladı - Sarkisyanın istefası yeni SAVAŞA səbəb olacaq   

Hazırda oxunan: Ermənistanda “diaspor ili” BƏD başladı - Sarkisyanın istefası yeni SAVAŞA səbəb olacaq   

56892

“Sarkisyanın istefası üçün səbəblər çox idi. Onlardan biri də, özünün etiraf etdiyi kimi, real səlahiyyətlərinin olmamasıdır. Buna görə də, o vəzifə borcunu kifayət qədər uğurlu yerinə yetirə bilmirdi. Bu, təbii ki, Sarkisyanın izahıdır. Lakin Ermənistan prezidentinin istefasının arxasında yatan tək məqam bu deyil”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan prezidenti istefasını geri götürə bilər – SPİKER ŞƏRTLƏRİ AÇIQLADI


Belə ki, Ermənistan Prezidenti Armen Sarkisyanın hökumətə istefa ərizəsi təqdim etməsinin arxasında yatan məqamları şərh edən politoloq, digər önəmli nüanslara da toxunub:

“Digər önəmli nüans, Sarkisyanın yeni iqtidarlar dil tapmaması, müntəzəm olaraq Paşinyanla aralarında olan gərginliklərdir. Biz görürük ki, Paşinyan hökuməti post-münaqişə dönəminin reallıqlarına uyğun şəkildə daha cəsarətli addımlar atmağa məcbur olur, Türkiyə ilə münasibətləri normallaşdırmağa cəhd göstərir. Çox güman ki, bu Sarkisyanı narahat edirdi. 
Ermənistan Prezidenti Paşinyanın sözügedən siyasətinə bu və ya digər şəkildə qoşulmaq, bu prosesin iştirakçısı olmaq istəmirdi.
 

Ermənistan Konstitusiyasına əsasən, Sarkisyan qərarları, sənədləri təsdiq edən şəxs kimi çıxış edirdi. Sarkisyanın Paşinyan hökumətinin qərarlarını təsdiqləməyə könüllü olması isə real görünmür. Bu səbəbdən də, Sarkisyan istefa verdi”.


İlqar Vəlizadə Armen Sarkisyanın istefasından sonra Ermənistan siyasətində baş verəcək dəyişikliklərə də diqqət çəkib.

Politoloq, xüsusilə də, Sarkisyan-erməni diasporu əlaqələri nöqteyi nəzərindən, erməni lobbisinin istefaya təsirlərini və Paşinyan iqtidarına qarşı mövqeyinin hansı formada transformasiyaya uğruayacağını şərh edib:

“Sarkisyanın diasporla uğurlu şəxsi və biznes münasibətləri mövcuddur. O cümlədən, diaspor nümayəndələri ilə Sarkisyanın ortaq bizneslərinin olması da sirr deyil. İndiki situasiyada diaspor nümayəndələri Ermənistan iqtidarının siyasətindən narahatdırlar. Və onlar Sarkisyana da bu siyasətə mane olmaması səbəbindən irad tuta bilərlər.
 

Ona görə də, Sarkisyan şəxsi mənafelərini qorumaq üçün bu addımı atıb ki, sabah diasporla, zəngin erməni iş adamları ilə üz-üzə gələndə, onları qane edən cavablar verə bilsin. Təbii ki, bu faktor da Armen Sarkisyanın istefasına müəyyən təsir göstərib”.


Qeyd edək ki, ermənilərin Kilikiya katolikosluğu 2022-ci ili Ermənistanda “Diaspor ili” elan etmişdi.

Bu cür simvolik bir ilin ilk ayı dolmamış Armen Sarkisyanın istefa ərizəsini doldurmasının Ermənistan üzərində təsirlərinin Paşinyan iqtidarının qərarlarında özünü büruzə verəcəyini proqnozlaşdırmaq isə, elə də çətin deyil.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO