ABŞ-da Azərbaycana qarşı növbəti ERMƏNİ TƏXRİBATI – Təxribatın arxasında kim var?

ABŞ-da Azərbaycana qarşı növbəti ERMƏNİ TƏXRİBATI – Təxribatın arxasında kim var?

Hazırda oxunan: ABŞ-da Azərbaycana qarşı növbəti ERMƏNİ TƏXRİBATI – Təxribatın arxasında kim var?

56886

Bir müddət əvvəl Federal Təhqiqat Bürosu tərəfindən ABŞ Konqresinin nümayəndələr palatasının  üzvü, Texasdan seçilmiş konqresmen Henri Kuelların evində axtarış aparıb.

Əməliyyat çərçivəsində konqresmenin evində və seçki qərargahının yerləşdiyi binada da axtarış aparılıb.

Federal Təhqiqat Bürosundan verilən açıqlamada axtarışın “məhkəmə icazəsi” ilə həyata keçirildiyi bildirilib və istintaqın nə ilə bağlı olması barədə məlumat verilməyib. Lakin qısa zaman sonra konqresmenin evindəki axtarışla bağlı xəbərlər tamamilə fərqli istiqamət almağa başlayıb.

İlk öncə qeyd edək ki, Henri Kellar ABŞ Konqresinin Azərbaycan qrupunun həmsədridir. O, bu əməkdaşlıq çərçivəsində dəfələrlə Azərbaycan rəsmiləri, o cümlədən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla rəsmi səviyyədə görüşlər keçirib. Demokratlar partiyasının üzvü olan Kuellar həm də ABŞ prezidenti Baydenin sərhəd siyasətini də tənqid edən senatorlardan hesab olunur. 
 

MÖVZU İLƏ BAĞLI:

Düşmənin saxta xəbərlərinin qarşısı alınacaq


Konqresmenin evində axtarış aparılması ilə bağlı xəbəri ilk yayımlayan “The Monitor” qəzetinin müxbiri Valeri Qonzales FTB nümayəndəsi Rozanna Hacsın araşdırmanın nə ilə bağlı olması barədə məlumat vermədiyini qeyd edib. Ümumiyyətlə FTB rəsmisi istintaq davam etdiyi müddətcə bu barədə hər hansı məlumatın verilməsinin mümkün olmadığını bildirib. Lakin qısa bir müddət sonra orijinal xəbəri kontekstdən çıxaran bir sıra xəbər saytları konqresmenin Azərbaycanla əlaqələrini əsas gətirərək, axtarışın məhz Azərbaycanla əməkdaşlıq çərçivəsində baş verdiyini tirajlamağa başlayıblar. 

Adı çəkilməyən mənbəyə istinad edilən xəbərlər sürətlə digər oxşar xəbər resurslarında yayımlanmağa başlayıb.

Diqqət çəkən məqam isə bu xəbərlərin heç birində ciddi və beynəlxalq informasiya resursuna istinad edilməməsi, nüfuzlu informasiya resurslarının belə məlumatı gizli mənbənin iddiası kimi verməsidir. Qəribə şəkildə mənbə kimliyini və hansı vəzifəni daşıdığını isə heç kim açıqlamaq istəmir.

Üstəlik hadisədən dərhal sonra Henri Kuelların vikipedia səhifəsində axtarışın Azərbaycanla birbaşa əlaqəli olması və konqresmenin korrupsiya fəaliyyətlərinin ortaya çıxarıldığı ilə bağlı məlumat yerləşdirilib.


Lakin özü gedən məlumatlar təqdim edilərkən heç bir ciddi mənbəyə istinad verilməyib. Konqresmenin 2014-cü ildən bəri yenilənməyən şəxsi həyatına bu cür operativ  reaksiya verilməsi olduqca maraqlıdır. Bu baxımdan Henri Kuellar haqqındakı bu qədər genişmiqyaslı hücumun səbəbi haqlı olaraq şübhələr yaratmalıdır.

Sözü gedən xəbərlər eyni zamanda Ermənistan mediasının da əsas gündəm xəbərinə çevrilib. ArmenPress xəbər saytı baş verənləri “Amerika Ermənilərinin Milli Komitəsi”nə istinad edərək verməyi daha uyğun hesab edib. Komitə Azərbaycanın ABŞ-dakı səfirinin də prosesin içərisində olduğu iddiasını irəli sürən əsas mənbədir. Bu və bir sıra digər iddialar həm ABŞ-dakı, həm də Ermənistan mediasındakı xəbərlərin eyni ssenari üzrə tirajlandığını deməyə əsas verir.
 

Eyni zamanda oxşar xəbərlərin paylaşıldığı “The İncepter”, “ABC News” və digər saytlarda aparılan qısa araşdırma resursun daha əvvəl də Ermənistan mövqeli xəbərlər tirajladığını, qondarma erməni soyqırımı ilə bağlı təbliğat apardığını ortaya qoyur.


“Amerika Ermənilərinin Milli Komitəsinin” saytında Henri Kuelların ABŞ Konqresində Ermənistan əleyhindəki bir çox səsvermədə iştirak etdiyi göstərilir. Belə ki, konqresmen Ermənistanla bağlı bir çox tədbirə qatılmayıb və keçirilən səsvermələrdə Ermənistanın, qondarma soyqırımın əleyhinə səs verməsi ilə gündəmə gəlib. Lakin Kuellar Azərbaycan və Türkiyə ilə bağlı bir çox tədbirdə yaxındna iştirak edib və səsvermələrdə aktiv iştirak edib.

O, Həmçinin 2018-ci ildə Ermənistan səfəri çərçivəsində dövlət rəsmiləri əvəzinə sadəcə ABŞ səfirliyinin şəxsi heyəti ilə görüş keçirib.
 

Komitə eyni zamanda Kuelların Azərbaycan lehinə apardığı qanuni fəaliyyətlərin və əlaqələrin də siyahısını öz saytında təqdim edib. 


Qeyd edilən nüanslar konqresmen Henri Kuellarla bağlı məsələnin məqsədli şəkildə konteksdən çıxarıldığını və müəyyən qrupların maraqları çərçivəsində Azərbaycana qarşı kampaniya xarakteri daşıdığını deməyə əsas verir. Bu cür maraq qrupları içərisində aparıcı yeri də heç şübhəsiz ki, “Amerika Ermənilərinin Milli Komitəsi” tutur.

Komitənin Henri Kuellara qarşı açıq şəkildə sərgilədiyi nifrəti də bu iddiaları təsdiqləyən amillər sırasındadır.

FTB bu mövzuda hər hansı açıqlama verməyib, orjinal xəbərin müəllifi Azərbaycanla bağlı bir kəlmə belə işlətməyib, amma Erməni Komitəsi və onunla əlaqəli xırda xəbər saytları bir anda prosesi Azərbaycanla əlaqələndirməyə və Azərbaycanın beynəxalq nüfuzunu hədəf almağa başlayıblar. Nəyin baş verdiyi  və gerçəklərin nə olduğu indi daha aydındır.

Bu arada Henri Kuellar isə sözçüsü vasitəsilə hər formada istintaqla əmədaşlıq edəcəyini və qanunun aliliyinin təmin olunması məqsədilə məlumatlı olduğu məsələlər barəsində onlara yardım edəcəyini bildirib. 

Rəvan Əliyev, Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO