Qarabağ probleminin həlli MDB-yə əlavə güc verəcək - TOFİQ ABBASOV

Qarabağ probleminin həlli MDB-yə əlavə güc verəcək - TOFİQ ABBASOV

Hazırda oxunan: Qarabağ probleminin həlli MDB-yə əlavə güc verəcək - TOFİQ ABBASOV

5659

Ermənistanın işğalçılığına görə, nə Özbəkistanın İrəvanda, nə də Ermənistanın Daşkənddə səfirliyi yoxdur. Qarabağ probleminin həlli MDB-yə müsbət təsir edəcək. 

Politoloq Tofiq Abbasov Bizim.Media-ya açıqlamasında belə deyib.

“MDB-yə əvvəllər Sovet quruluşu dağıldıqdan sonra boşanma prosesini tənzimləyən bir mexanizmi kimi baxırdılar. İstər mal bölgüsünə münasibətdə, istərsə də başqa məsələrdə iddiaların təmin edilməsi üçün tələm-tələsik yaradılmış bir təşkilat kimi baxırdılar bu quruma”. 
Pandemiyaya rəğmən hazırda dünyada böyük bir inteqrasiya dövrü yaşanır, münasibətləri quran formatlara isə, hələ də böyük ehtiyac var, deyən politoloq bildirdi ki, təşkilata qeyri-ciddi münasibət olsa da, ən ağrılı məsələlər çərçivəsində MDB özünü doğrultdu. 

Tofiq Abbasov düşünür ki, indi yeni dövr hökm sürür, postsovet məkanında yeni reallıqlar formalaşır: 

“Fikrimcə, MDB-yə hələ də böyük ehtiyac var. Çünki postsovet məkanının bütün proseslərini, cərəyanlarını hələ də bu mexanizmlər əsasında, yaradılmış hüuqi baza əsasında həllini təmin etmək bir növ ağrısız və yüngül başa gəlir”. 

MDB-yə sədrliyin Özbəkistana keçdiyindən danışan politoloq bu ölkənin siyasi rəhbərliyinin islahat tərəfdarı olduğunu dedi:

“Şavkat Mirzoyevin hakimiyyətə gəlişi ilə 5 dövlət arasında olan sərhəd ziddiyətləri aradan qaldırıldı. Bu ölkənin sədrliyinin təşkilata töfhəsi çox ola bilər. Qarabağ probleminin həlli isə MDB-yə əlavə güc verəcək” 

Tofiq Abbasov əlavə etdi ki, ümumiyyətlə Qarabağ probleminin həlli həm Qafqaz bölgəsində, həm postsovet məkanında təkanverici rol oynayacaq:

“Çünki qaydalar pozulmuşdu, ədalət prinsipi ayaq altına atılmışdı. MDB-yə üzv bəzi məmələkətlər prinsipisal mövqe sərgiliyirdilər, bəziləri özlərini kənara çəkirdi. Özbəkistan isə, ilk gündən Azərbaycanın mövqeyini dəstəkləyir. Hətta İslam Kərimovun dövründə, indi də Özbəkistanın Ermənistanla diplomatik münasibətləri var, amma səfirliklər fəaliyyət göstərmir. Daşkəndlə İrəvan arasında heç hava uçuşları da həyata keçirilmir”. 

Politoloq Tofiq Abbasovun fikrincə, MDB-nin yeni sədri Özbəkistan Ermənistanın işğalçılıq siyasətinə müxtəlif yollarla narazılıq bildirib, indi bu məsələlər öz müsbət həllinə doğru irəliləmək imkanı əldə etmiş olacaq.

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO