“Rusiya XİN-in bu bəyanatına Azərbaycandan rəsmi mövqe bildirilməlidir” – Tofiq Zülfüqarovdan SƏRT REAKSİYA

“Rusiya XİN-in bu bəyanatına Azərbaycandan rəsmi mövqe bildirilməlidir” – Tofiq Zülfüqarovdan SƏRT REAKSİYA

Hazırda oxunan: “Rusiya XİN-in bu bəyanatına Azərbaycandan rəsmi mövqe bildirilməlidir” – Tofiq Zülfüqarovdan SƏRT REAKSİYA

56538

“Qarabağa giriş-çıxışın təhlükəsizliyə, yəni sülhməramlılara aidiyyatı yoxdur. Sadəcə olaraq Mariya Zaxarova açıq etiraf edir ki, səfərin baş tutmasına (Valeri Pekres Qarabağ) əsas maraq göstərən Rusiyadır”.

Bizim.Media xəbər verir ki, bu sözlər sabiq xarici işlər naziri Tofiq Zülfüqarova məxsusdur.

Daha əvvəl də işıqlandırdığımız mövzu ilə bağlı eksklüziv açıqlamasında Zülfüqarov əlavə edib ki, Pekresin Qarabağa qanunsuz səfəri Rusiyanın Fransadakı prezident seçkilərinə birbaşa müdaxilə cəhdidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Tofiq Zülfüqarovdan Mariya Zaxarovaya CAVAB: “Sülhməramlılar sərhədçi və gömrükçülük edə bilməz”


Bu məsələnin birinci tərəfidir. İkincisi:

“Mariya Zaxarovanın şərhi yersizdir. Təkrar edirəm ki, nəzəriyyə və beynəlxalq təcrübəyə uyğun olaraq sülhməramlı əməliyyat bu missiyanı qəbul edən ölkənin öz suverenliyindən imtinasına zəmin yaratmır. Yəni həmin dövlətin suveren hüquqları tam formada qalır. Zaxarova getsin BMT-nin buna aid məruzəsini oxusun. Çünki beynəlxalq hərbi, sülhməramlı əməliyyatların müəyyən şərtləri var. Beynəlxalq ictimaiyyətin müdaxiləsinə zəmin yaradan yeganə hal sülhə məcburetmədir (Peace Enforcement). Bu isə xüsusi qətnamə ilə qəbul olunur”. 

O ki qaldı Qarabağdakı rus sülhməramlılarına:

“2020-ci il 10 noyabr üçtərəfli bəyanatında göstərilir ki, Qarabağa yerləşdirilən rus hərbçiləri sülhməramlılardır. Onlar Azərbaycanın icazəsi ilə gəliblər. Əsas məqsədləri isə təhlükəsizliyi təmin etməkdir. Bu isə o demək deyil ki, Azərbaycan öz ərazisində Rusiyaya sərhəd və gömrük xidmətlərini icra etmək icazəsi verir. Sülhməramlıların işi post-patrul xidmətidir. 

Vəssalam.

Birincisi, Zaxarovanın bu bəyantına (Rusiya XİN sözçüsü bildirib ki, sülhməramlılar xarici vətəndaşların Qarabağ səfərlərinə icazə vermək hüququna malikdir) Azərbaycan tərəfdən rəsmi mövqe bildirilməlidir. İkincisi, de-fakto olaraq orada (Laçında) xüsusi sərhəd postlarımızın yerləşdirilməsi lazımdır”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO