Deputat AMEA-nı hədəf aldı: “Ramiz Mehdiyev bu cür adamları qırıb, sındırıb…”

Deputat AMEA-nı hədəf aldı: “Ramiz Mehdiyev bu cür adamları qırıb, sındırıb…”

Hazırda oxunan: Deputat AMEA-nı hədəf aldı: “Ramiz Mehdiyev bu cür adamları qırıb, sındırıb…”

56367

“Dəhşətə diqqət edin! Jurnalistlər Azərbaycan Milli Elmlər Akademiyasında baş verən xoşagəlməz hadisələrlə bağlı bir alimdən rəy ala bilmirlər. İnstitut direktorlarından biri, AMEA-nın müxbir üzvünə ənənəvi qaydada mobil telefonla zəng vururlar. Adam cavab verir ki, oy, oy, İnternetim qırıldı, bağışlayın, İnternetimiz yoxdur...”

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev sosial şəbəkə hesabından yazdığı statusda qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

AMEA-da QALMAQAL - “Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğuldur”


Belə ki, AMEA-nın rəhbəri Ramiz Mehdiyevin fəaliyyətini tənqid edən deputat adını qeyd etmədiyi institut direktorunun ünvanına da sərt fikirlər səsləndirib:

“Əslində İnternet qırılmayıb, Ramiz Mehdiyev bu cür adamları qırıb, sındırıb...İnterneti qırılmış institut direktoru cəmiyyətdə reabilitasiyasını aparır. Savadsızlığını və millətə vurduğu amansız zərbələri ört-basdır etmək üçün görkəmli şəxsiyyətlər haqqında kitablar yazdırır. Həqiqi sözümdür, görəsən həmin adamlar bu interneti qırığın yuxusuna heç girirlərmi? Deyirlərmi ki, bizdən nə istəyirsən, niyə qoymursan rahat uyuyaq!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO