Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının video-konfransında Azərbaycan Ordusunun müharibə zamanı Ermənistandan hərbi qənimət kimi götürdüyü texnikalardan söz açıb.
Bizim.Media xəbər verir ki, prezident Ermənistanın Azərbaycanı tanklarla hədələməsinin real mənzərəsini canlandırıb.
“Ermənistanın hərbi-siyasi idarəetməsi bizə qarşı bəyanatlar səsləndirirdilər. Bizi qorxutmağa cəhd göstərirdilər ki, bəs siz Qarabağın nizamlanmasında mövqeyinizdə israrlı olsanız Ermənistanın tankları Bakının küçələrinə qədər gələcək. Nəticədə elə alındı, ancaq erməni tankları Bakının küçələrində hərbi paradda meydana çıxdılar. Azərbaycanın Qələbəsi münasibətilə ayın 10-da keçirilən Zəfər paradında”,- deyə dövlət başçısı əlavə edib.
Bizim.Media