“Dağlıq Qarabağ münaqişəsi barədə yalnız keçmiş zamanda danışmaq mümkündür”.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyen MDB dövlət başçılarının bu gün keçirilən iclasında deyib.
Dövlət başçısı Qarabağda atəşkəs rejiminin qorunub saxlanıldığını, bu vəziyyətin hər gün daha möhkəmlənəcəyini qeyd edib.
"Mən də Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsindən danışarkən bunun keçmişdə qaldığını söyləməsi ilə tamamilə razıyam. Bu, artıq tarixdir",- deyə İlham Əliyev vurğulayıb.
Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına toxunan Azərbaycan prezidenti bunun çox uğurla reallaşdırıldığını söyləyib.
"Sülhməramlılar Azərbaycan Respublikasının müvafiq strukturları ilə daim əlaqədədir. Bəyanatın imzalanmasından bəri yalnız bir dəfə atəşkəsin pozulması baş verdi. Sözün həqiqi mənasında bir gündə hadisə həll edildi, atəşkəs davam edir və düşünürəm ki, hər gün daha güclü və güclü olacaq",- deyə dövlət başçısı vurğulayıb.
Bizim.Media