Monteneqro parlamentinin sədri Aleksa Becic yanvarın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Bizim.Media xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatı İqbal Məmmədov, Monteneqronun Azərbaycandakı səfiri Perişa Kastratoviç və digər rəsmi şəxslər qarşılayıblar.
Bizim.Media