“17 dekabr İranda Azərbaycan kitablarının soyqırımı günüdür” – TARİXÇİ-ALİM

“17 dekabr İranda Azərbaycan kitablarının soyqırımı günüdür” – TARİXÇİ-ALİM

Hazırda oxunan: “17 dekabr İranda Azərbaycan kitablarının soyqırımı günüdür” – TARİXÇİ-ALİM

5546

1946-cı ilin 17 dekabrı İranda həm də Azərbaycan dilində kitabların məhv edildiyi gündür. Həmin tarixdə Pəhləvi rejimi bütün türk dilli nəşrlərə qarşı soyqırımı həyata keçirdi. 

Bu, 1979-cu ildə İranda hakimiyyətə gələn dini rejim tərəfindən də davam etdirildi. Molla hakimiyyəti Azərbaycan dilində olan bütün kitabları yasaqladı, dili isə qadağan etməyə əmr verdi. Baxmayaraq ki, onların İranda hakimiyyətə gəlməsinə ən böyük dəstək də elə azərbaycan türklərindən gəlmişdi.

Hakimiyyətə gələn qüvvələr isə azərbaycanlılardan istifadə edərək, onlara verdikləri sözü tutmur. Azərbaycanlılara öz dillərində təhsil alacaqlarına, ikinci dövlət dilinin Azərbaycan dili elan olunacağına dair söz verilmişdi. Hətta bu konstitusiyada 15-ci maddə ilə təsdiqlənmişdi. Lakin sonradan buna əməl olunmadı.

Tarixçi-alim Dilavər Əzimli deyir ki, bunun kökündə farsların genetikasında yatan azərbaycanfobiya durur:

“Axı güney hər zaman inqilablar beşiyi olub. Böyük oyanış fars hökümətinin qorxulu yuxusuna çevrilib. Hazırda İran hakimiyyətinin ermənilərə yardım etməsi, onları qardaş ölkə kimi tanıması da bununla bağlıdır”.

Dilavər Əzimli qeyd edir ki, hakimiyyətə gələn İran İslam hərəkatının baniləri elə ilk günlərdən Azərbaycanlılara qarşı aqressiyaları ilə yadda qalırlar. Bir milləti yox etmək üçün birinci onun dilini məhv etmək lazımdır prinsipi ilə yola çıxan fars şovinizminin baniləri əvvəl bütün kitabları yandırır, azərbaycan dilində danışmağı, təhsil almağı qadağa edir və tarixi abidələri məhv edib, bəzilərini isə özəlləşdirirlər:

“Hətta bu soyqırımdır. 1946-cı il hadisələrindən sonra İranda 1979-cu il islam inqilabından sonra Azərbaycan dilində olan qalan kitablar da yandırıldı. Azərbaycan dilini bir dil kimi məişətdən silməyə cəhdlər göstərildi. Molla rejimi Cənublu soydaşlarımıza qarşı daha amansız oldu. Ölkə bütünlükdə cəhalətə sürükləndi”.

Ziyalının sözlərinə görə, fars dövləti azərbaycanlılara qarşı mənəvi soyqırım törətməklə öz süqutlarının vaxtını yaxınlaşdırırlar:

“Azərbaycan dilinin qadağa etməklə türkfobiyadan əziyyət çəkən farslar öz süqutlarını yaxınlaşdırır. Baxın, Rəcəp Tayyib Ərdoğanın dediyi “Arazı ayırdılar” şeiri bunları necə qorxuya salıb. Əslində isə o şeirin ilkin variantı belə olub:

Arazı ayırdılar,
Qan ilə doyurdular,
Mən Təbrizdən ayrılmazdım,
Zülm ilə ayırdılar”.

Fars hakimiyyətinin İranda baş verə biləcək oyanış hərəkatının qığılcımlanmasından qorxduğunu deyən D,Əzimli, onların erməniləri azərbaycanlılara qarşı əllərində şantaj predmeti kimi saxladığını bildirib:

“Hazırda İranda oyanış hərəkatının ilk qığılcımları hiss olunmaqdadır. Bu ocağ Qarabağ savaşından sonra alovlanıb. Ona görə də farslar ermənilərə qucaq açıb, onları qoyunlarında bəsləyirlər. Onlar Azərbaycanlıların güclənməsini istəmirlər. İran Azərbaycanlılara qarşı erməniləri əlləri altında saxlayırlar”.

Tarixçi farsların etdikləri hərəkətlərdə ermənilərdən heç də geri qalmadıqlarını, tariximizi, mədəniyyətimizi yox etməkdə ermənilər qədər inadkar olduqlarını bildirib.

“1925- ci ildən hakimiyyətə gələn farslar orada olan çayların, dağların, bütün tarixi abidələrimizin adlarını dəyişdirdilər. Hətta şəhərlərin adlarını dəyişdirməyə cəhd etdilər, lakin dərinə gedə bilmədilər. Azərbaycanın güneyini parçaladılar, mahalları ayırdılar. Azərbaycanın qədim tarixi abidələrimizi darmadağın etdilər. Bundan başqa bizim o ərazidə xristian, alban abidələrimiz vardı, ermənilərə onları mənimsəməkdə şərait yaratdılar. İran hər yerdə yalandan elan edir ki, guya şimali Azərbaycan fars dövlətinin tərkibində olub. Onlar yadda saxlasınlar ki, İran adlı dövlət olmayıb. Azərbaycan tarix boyu vahid və güclü bir dövlət olub”.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO