“Dünya düzəni elə qurulub ki, kim nəyi götürə bilibsə, onun da sahibidir. Amma buna baxmayaraq, çox qonşuların bir-birinə ərazi iddiası var. Qafqaz bölgəsində də bu xəstə təxəyyüllə yaşayan ermənilər var. Təsəvvür edin ki, dövlətləri yaranar-yaranmaz Azərbaycan və Gürcüstana müharibə elan etdilər”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Tofiq Abbasov səsləndirib. Politoloq xatırladıb ki, Ermənistan ərazisinin 90 faizi Azərbaycan torpaqlarından ibarətdir.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev və Zelenskinin mətbuat konfransı keçirildi – VİDEO
1918-ci ilə aid hadisələri vərəqləyən siyasi ekspertin zənnincə, bəlkə də o vaxt Azərbaycan İrəvanı ermənilərə paytaxt kimi 100 illik icarəyə verdi ki, daşnakların ərazi iddiaları, torpoq acgözlükləri soyuyar.
Lakin bu baş vermədi. Yəni, erməni xisləti dəyişmədi:
“Onların xisləti paxıllıqla yoğrulmuş bir xəmirə bənzəyir. Tiqran-Miqran uydurmaları ilə tələblərinə əsas gətirmək istəyirlər. 100 il ötsə də, köhnə xəstəliklərindən əl çəkmirlər”.
- Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsindən bir hissəyə diqqət çəkmək istərdim:
“1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var”.
Ölkə başçısının bu çıxışı ermənilərə “ağıllı olun” mesajı deyilmi?
“Bəli, bu siqnaldır. Bu onlara mesajdır ki, özünüzü bir qədər sanballı aparın, normal fikirlər ifadə edin. Çünki siz cığallıq edirsiniz, başqasının malına göz dikirsiniz. Sizin üçün Azərbaycan torpaqlarında dövlət yaradılıb. Ermənilər üçün yox yerdən məmləkət qurublar. Biz də böyüklük etmişik. Görünür, bunu etməməliydik. Gərək sələflərimiz, klassiklərimiz bunu icazə verməzdi. Amma o dövrkü gərgin geosiyasi şəraiti də nəzərə almalıyıq”.
Sonda qeyd edək ki, iki əsrdir ki, işğalçı kimi tanınan Ermənistan sülh müqaviləsini yubatmaqla məşğuldur.
Amma Azərbaycanla yekun sülhün imzlanmasında əsas vasitəçi Rusiya da israrlıdır. Belə olan halda isə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Yəni, “Artsax” kimi uydurmalarından əl çəkməlidir.
Bizim.Media