Putin: ''Qarabağ Azərbaycan ərazisidir'' - VİDEO

Putin: ''Qarabağ Azərbaycan ərazisidir'' - VİDEO

Hazırda oxunan: Putin: ''Qarabağ Azərbaycan ərazisidir'' - VİDEO

5538

Rusiya Prezidenti bu gün jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Qarabağla bağlı sualları da cavablandırıb.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, Kremlin rəhbəri Qarabağ münaqişəsinin xarici müdaxiləyə görə qızışdığına inanmır:

“Rusiyanın mövqeyi ondan ibarət olub ki, Dağlıq Qarabağ ətrafında 7 rayon Azərbaycana qaytarılsın və bölgədə status-kvo müəyyənləşsin''.

Türkiyənin mövqeyi Azərbaycanın maraqlarının müdafiəsindən ibarətdir. Ermənistan da Qarabağın müstəqilliyini tanımayıb, beynəlxalq hüquqla baxsaq, bu Azərbaycan ərazisidir. İnsanlar elə belədən silaha sarılmayıb, vəziyyət göründüyündən çətindir.

Tərəflər üçtərəfli razılaşma ilə müəyyənləşən mövqelərdə qalmalıdır. Ən əsası qan axıdılmasının qarşısı alınmalıdır, digər məsələlər ikinci dərəcəlidir. Sülhə tam nail olunandan sonra regionun iqtisadi potensialı müəyyənləşdirilməlidir.

O ki qaldı sülhməramlı sayının artırılmasına bu, hər iki tərəfin razılığı ilə baş verə bilər”-deyə Rusiya Prezidenti qeyd edib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO