“3+3 formatı ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürüləndə biz bunu fəal şəkildə dəstəklədik”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
"Qarabağ münaqişəsinin həllində yaxından iştirak etmişik" - Sergey Lavrov
“Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması səyləri Cənubi Qafqazda vəziyyətin normallaşmasına yola açır və digər məsələlərlə yanaşı, Cənubi Qafqazın üç ölkəsi ilə onların üç qonşusu arasında iqtisadi və digər əməkdaşlığın inkişafı yolu ilə hələ də qalan siyasi problemlərin daha fəal və səmərəli həllinə şərait yaratmağa kömək edir”, - o vurğulayıb.
S.Lavrovun sözlərinə görə, 3+3 formatında başlanmış proseslər daha əhəmiyyətlidir, çünki bütün regionun inkişaf perspektivləri müzakirə olunur.
Bizim.Media