Xanhüseyn Kazımlının qızı:

Xanhüseyn Kazımlının qızı: "Parlament seçkilərinə hazırlaşırıq"

Hazırda oxunan: Xanhüseyn Kazımlının qızı: "Parlament seçkilərinə hazırlaşırıq"

55175

“Azərbaycan Sosial Rifah Partiyası olaraq, bu il də yeni layihələrlə öz fəaliyyətimizi davam etdirəcəyik. Parlament seçkilərində iştirak etməyi düşünürük. Planda Qarabağa müntəzəm səfərlər də var".

Bizim.Media ilə özəl dialoq zamanı bu fikirləri səsləndirən Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova rəhbərlik etdiyi partiyanın sədr dəyişikliyindən sonra həyata keçirdiyi işlərdən danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Siyasi cameənin “ÖLÜ CANLARI” – Hansı partiyalar ləğv olunacaq? - ARAŞDIRMA


Əsli Kazımova siyasi partiya olaraq illərdir gözlənilən "Böyük Qayıdış" zamanı dövlətə və insanlara dəstək olmaq niyyətlərinin olduğuna da diqqət çəkib. Bundan başqa, Sosial Rifah Partiyasının şəhid ailələri və qazilərin problemlərinin gündəmə gətirilməsi, onlara gərəkli yardımın göstərilməsini nəzərdə tutan layihələr də hazırlayıb:

"Hesab edirəm, siyasi partiya olaraq, bu ildən etibarən sadəcə Azərbaycanda yaşayan soydaşlarımızın problemlərini deyil, həm də xaricdə yaşayan soydaşlarımızın problemləri ilə yaxından maraqlanmağı qarşımıza məqsəd qoymuşuq. Ölkədə xaricdə yaşayan azərbaycanlıların səsi olacaq bir siyasi partiya olmağı hədəfləyirik”, - deyə Əsli Kazımova fikrini tamamlayıb.

Xatırladaq ki, Əsli Kazımova ASRP-nin ilk sədri, 5 çağırış (1995-2020) deputat olmuş Xanhüseyn Kazımlının qızıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO