Prezident müsəlman ölkələrinə Ermənistanla bağlı çağırış etdi

Prezident müsəlman ölkələrinə Ermənistanla bağlı çağırış etdi

Hazırda oxunan: Prezident müsəlman ölkələrinə Ermənistanla bağlı çağırış etdi

5517

Hazırda biz Azərbaycanın inkişafının yeni mərhələsinin astanasındayıq. Ərazilərimizin bərpası və yenidən qurulması mərhələsindəyik.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunla söhbəti zamanı deyib. Dövlət başçısı bildirib ki, işğal edilmiş ərazilərin dağıdılması ilə bağlı videomateriallar təqdim edilib:

"Bizim bütün şəhər və kəndlərimiz viran edilib, tarixi abidələrimiz dağıdılıb, mədəni abidələrimiz yerlə-yeksan olunub. Məscidlərimiz ya dağıdılıb, ya da onlar heyvan saxlanılması üçün istifadə edilib. Bununla onlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir ediblər. Həmin şəkilləri və videomaterilları görən dünya müsəlmanları bir daha anlayır ki, uzun illər ərzində biz hansı bəla ilə üz-üzə idik və ərazilərimizi, torpaqlarımızı azad edərək tarixi köklərimizə qayıtmaqla biz nəyə nail olmuşuq".

Prezident qeyd edib ki, bəzi hallarda Ermənistan müsəlman ölkələri ilə əlaqələr yaratmaq və ya münasibətləri möhkəmləndirmək cəhdləri edir:

"Lakin əminəm ki, həmin videoları görən dünya müsəlmanları öz hökumətlərinə güclü mesaj verəcəklər ki, məscidləri dağıdan, orada donuz saxlayan və islamofobiyanı təşviq edən ölkə ilə hər hansı təmaslardan çəkinsin. Burada siyasi, yaxud digər maraqlar ola bilər, ancaq hesab edirəm ki, bütün dünya müsəlmanların səslərini birləşdirməli, təcavüzkara güclü bir mesaj göndərməlidir ki, onların etdikləri qəbulolunmazdır və müsəlmanlar tərəfindən unudulmayacaqdır. Burada bir daha qardaş əfqan xalqına hər zaman - danışıqlar və işğal dövründə, müharibə zamanı və müharibədən sonra, Qələbəmizi qeyd etdiyimiz vaxtda yanımızda olduğuna, bizi dəstəklədiyinə görə minnətdarlığımı ifadə etmək istəyirəm. Bir daha xoş gəlmisiniz, Azərbaycanda yaxşı vaxt keçirməyinizi arzulayıram. Əminəm ki, burada özünüzü vətəninizdəki kimi hiss edəcəksiniz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO