Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində indiyə kimi açıqlanmayan məsələlərə də toxunub.
Bizim.Media xəbər verir ki, qalib ölkənin lideri Azərbaycanın hər sahəyə aid nailiyyətləri ilə yanaşı müxtəlif mesajlara da müəlliflik edib:
MÖVZU İLƏ BAĞLI:
Prezident çörəyin bahalaşmasından DANIŞDI – “Qiymətin qalxması qaçılmaz idi” - VİDEO
Geniş müsahibədən əsas tezisləri təqdim edirik:
• İqtisadi artım 5 faizdən çoxdur.
• Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb.
• Valyuta ehtiyatlarımız 2,5 milyard dollar çoxalıb.
• Vergi orqanları keçən il proqnozdan əlavə təqribən 1,4 milyard manat vəsait yığa biliblər.
• Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilib.
• Minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb.
• Çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlaya bilməzdik.
• Təqribən 3,3 – 3,4 milyon ton buğda istehlak edirik. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik və əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar. Amma çalışmalıyıq ki, yerli istehsal artsın.
• Şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib.
• Artıq Bərdə-Ağdam dəmir yolunun inşasına başlamışıq. Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına başlamışıq.
• İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin.
• Bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir.
• Zəngəzurdan Naxçıvana elektrik xətləri çəkilsin.
• Ola bilsin ki, qaz xətləri də oradan keçsin. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Bir xətt Qarakilsədən keçə bilər, onlar Sisyan adlandırırlar. Ona görə Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir.
• "3+3" formatının ikinci görüşündə daha predmetli müzakirələr olacaq
• Biz çox təəccüb etdik ki, böyük dağıntılara məruz qalmış Azərbaycana cəmi 140 milyon, Ermənistana isə 2,6 milyard avro maliyyə paketi nəzərdə tutulur. Bu, ədalətsizlikdir.
• Bu il təxminən 19 milyard kubmetr qaz ixrac ediləcəkdir. Ondan 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanıstan arasında bölünəcək.
Bizim.Media