İlham Əliyev Fransa prezidentliyinə namizədin Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində danışıb.
MÖVZU İLƏ BAĞLI:
Prezident media nümayəndələrinə SƏSLƏNDİ: “Bəzi xoşagəlməz hallar haqqında sizdən öyrənirəm”
Dövlət başçısı bildirib ki, bu bəyanatların səbəbi də aydındır, növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaqdır:
“Hesab edirəm ki, bu bəyanatları verənlər də bunu başa düşürlər ki, bu, heç nəyi dəyişməyəcək. Prezidentliyə namizəd xanım Pekresin Azərbaycan ərazisinə bu təxribat xarakterli səfəri, ilk növbədə, Prezident Makrona qarşı edilən səfər idi. Mən, sadəcə olaraq, təəccüb edirəm ki, Prezident Makron müharibə zamanı Ermənistana dəstək verən ən qabaqcıl siyasətçi idi və hətta məsələ o yerə çatmışdı ki, Fransa-Azərbaycan əlaqələri də artıq sual altına düşmüşdü”.
Bizim.Media