“Deməliyəm ki, sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün yerli televiziya kanallarına müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevdən valyuta ehtiyatları barədə GÖSTƏRİŞ – “Azalmasına imkan verməməliyik”
Dövlət başçısı Azərbaycanda böyük külək elektrik stansiyasının təməlinin qoyulacağını bildirib.
“Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda böyük külək elektrik stansiyasının təməli qoyulacaq – 240 meqavatt gücündə külək elektrik stansiyası. Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər. Bu, ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür”, - deyə Prezident əlavə edib.
Bizim.Media