“SSRİ təbliğatı aparan milli satqınlara imkan vermək olmaz” – Etibar Məmmədov 

“SSRİ təbliğatı aparan milli satqınlara imkan vermək olmaz” – Etibar Məmmədov 

Hazırda oxunan: “SSRİ təbliğatı aparan milli satqınlara imkan vermək olmaz” – Etibar Məmmədov 

55018

“SSRİ bərpası ilə çıxış edənlərə demək istəyərəm ki, ağıllı olsunlar” , - sözləri ilə şərhinə başlayan Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu, Milli Məclisin I çağırış deputatı Etibar Məmmədov bildirib ki, görünür, keçmiş Sovet İttifaqını arzulayanlar SSRİ-dəki vəziyyəti, azərbaycanlılar və başqa xalqların durumunu unudublar.

Bizim.Media-ya özəl açıqlamasında Etibar Məmmədov müəyyən ərzaq məhsulunu almaq üçün insanların hökumətdən talon gözlədiyini və başqa nüansları xatırladıb:
 

MÖVZU İLƏ BAĞLI:

İran paytaxtını Təbrizə dəyişmək istəyir? - Etibar Məmmədovdan ironik REAKSİYA


“Ayda 1 kq yağ, 2 kilo ət talonu verilirdi. Bunu unutmasınlar. Hər şey üçün hökumətdən icazə almaq lazım idi. İndiki kimi dünyanın hər yanına gedib-gəlmək mümkün deyildi. SSRİ-nin tərkibində azərbaycanlılar öz milli kimliyini itirmək üzrə idi. Millətə qarşı assimilyasiya siyasəti yeridilirdi. Hətta cəhd var idi ki, pasportlarda milliyyət yerinə sovet xalqı sözü yazılsın. İndi SSRİ bərpasından danışanlar bunları unutmasınlar. 

Bunu unudanlar ruhən satılmış insanlar ola bilər. Öz müstəqil dövlətinin başqa dövlətin tərkibinə qatılmasını istəyənlər ruhən satılmış insanlardır. Onlara qarşı ideoloji mübarizə aparmaq lazımdır. İnsanların SSRİ təbliğatı ilə aldadılmasına imkan vermək olmaz. 

Rusiya isə imperiyanı bərpa eləmək üçün bütün vasitələrindən istifadə edəcək. Qazaxıstana hərbçilərini göndərməsi qazax xalqının bununla barışacağı demək deyil.

Qazax xalqı bu 30 il ərzində çox inkişaf edib. Milli kimliyi tanımaq istiqamətində böyük məsafə qət olunub. Hansısa insanın hakimiyyətini qorumaq üçün başqa dövlətdən ordu çağırması ilə Azərbaycan da 1990-cı ildə rastlaşıb. Həmin insanlara isə milli satqın statusu verilib”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO