Zəngəzur dəhlizinin açarı kimin əlindədir? – FAKTLAR

Zəngəzur dəhlizinin açarı kimin əlindədir? – FAKTLAR

Hazırda oxunan: Zəngəzur dəhlizinin açarı kimin əlindədir? – FAKTLAR

54998

“Zəngəzur dəhlizinin açarı bizim regiondadır. Çin isə, bölgədən bir qədər uzaqdadır”.

Bu fikirləri Bizim.Media-ya verdiyi müsahibəsində politoloq Tofiq Abbasov vurğulayıb.

Belə ki, İran və Türkiyə xarici işlər nazirlərinin Çinə səfərini şərh edən politoloq Pekinin regionda artan təsir imkanlarına da diqqət çəkib.
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzur dəhlizini KİM VƏ NƏ VAXT inşa edəcək? – DETALLAR 


Politoloq Azərbaycan üçün xüsusilə əhəmiyyətli olan Zəngəzur dəhlizi üzərində kəsişən maraqları və layihəyə qarşı çıxan qüvvələrin narahatlıqlarını dilə gətirib:

“Rusiya yaxın vaxtlara qədər birmənalı şəkildə Zəngəzur dəhlizinin onun üçün əlverişli olduğunu vurğulayırdı. Çünki koridor Türkiyə və İranla quru əlaqəsinə şərait yaradırdı. Lakin hal-hazırda təkcə Rusiyada yox, Qərbdə də bəzi narahat qüvvələr o fikirdədir ki, “ay aman, türk birliyi formalaşır, bunlar nəyəsə hazırlaşırlar”. Onların nədən lərzəyə gəldiyini anlamaq çətindir. Belə ki, gündəmdə olan sırf iqtisadi planlar və prioritetlərdir”. 

Tofiq Abbasov fikirlərinin davamında, Zəngəzur dəhlizinin açılmasını Çin üçün maraqlı edən səbəbləri və Pekinin Ermənistan üzərindəki təsir gücünü də qeyd edib: 

“Çin Zəngəzur dəhlizinin açılmasında, əlbəttə ki, maraqlıdır. Çünki Zəngəzur koridoru Avropaya açılan ən qısa, dinamik və rasional marşruta çevriləcək. Ona görə də, Çinin bu məsələdə marağı var. Hətta, ola bilsin ki, Rusiya bu məsələdə Ermənistana təzyiq göstərə bilməsin.

Çünki Moskvada erməni lobbisi son vaxtlar xeyli fəaldırlar. Xüsusilə də, Azərbaycan və Türkiyəyə qarşı onların hücumə keçdiyi hiss olunur. Lakin Çinin Ermənistana təsiri böyükdür.


Bu baxımdan, çox güman ki, Çin özü də Ermənistana təzyiq göstərsin. Belə ki, Pekin Ermənistanı prosesi uzatmaqdan və nala-mıxa vurmaq siyasətindən imtina etməyə inandıra bilər. Çünki dəhlizin açılmasından, bütün region ölkələri, Ermənistanın özü də ancaq və ancaq, fayda götürə bilər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO