Tramp Ağ Evdən çıxmayacaq

Tramp Ağ Evdən çıxmayacaq

Hazırda oxunan: Tramp Ağ Evdən çıxmayacaq

5486

Donald Tramp Ağ Evi tərk etmək niyyətində deyil.

Bizim.Media-nın məlumatına görə, CNN kanalı iddia edir ki, ABŞ-ın hazırki prezidenti Donald Tramp müşavirlərinə Co Baydenin andiçmə mərasimi günü Ağ Evdən çıxmaqdan imtina edəcəyini bildirib.

CNN-in qeyd edir ki, Trampın yanaşması onun bəzi məsləhətçilərini narahat edir. Lakin onlar bunun həqiqətən baş verəcəyinə inanmırlar.

Xatırladaq ki, daha əvvəl Tramp seçici kollegiyasının səsverməsindən sonra məğlubiyyətini etiraf etmək niyyətində olmadığını bildirmişdi.

Seçicilər kollegiyasının səsverməsi, noyabrın 3-də baş tutub və gözlənildiyi kimi Co Bayden 306 səslə öz qələbəsini təsdiqləyib.

Donald Tramp isə hələ də məğlubiyyətini etiraf etməyib. Səsvermə nəticələrinin rəsmi təsdiqlənməsi yanvarın 6-ı, Baydenin andiçmə mərasimi isə yanvarın 20-si baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO