11 yanvar bəyanatının imzalanmasından 1 İL ÖTÜR – Hansı məsələlər həllini tapdı?

11 yanvar bəyanatının imzalanmasından 1 İL ÖTÜR – Hansı məsələlər həllini tapdı?

Hazırda oxunan: 11 yanvar bəyanatının imzalanmasından 1 İL ÖTÜR – Hansı məsələlər həllini tapdı?

54806

Ötən ilin bu günü – 11 yanvar 2021-ci ildə Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə 2-ci üçtərəfli bəyanat imzalanıb.

Bizim.Media xəbər verir ki, Rusiyanın Paytaxtı Moskva şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, rusiyalı həmkarı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə 4 bəndən ibarət olan yeni sənəd imzalandı.
 

MÖVZU İLƏ BAĞLI:

Brüssel razılaşmaları Rusiyanın siyasətini dəyişdirəcəkmi? – Millət vəkilindən CAVAB


Belə ki, 11 yanvar bəyanatı 44 günlük müharibədən sonra, Azərbaycan və Ermənistan arasında münaqişənin diplomatik yolla həlli ilə bağlı imzalanan ikinci rəsmi sənəd hesab olunur.

Sənəddə post-konflikt dönəmində həyata keçirilməsi nəzərdə tutulan regional layihələrə dair müddəalar mühüm yer tutub. Xüsusilə də, bölgədə kommunikasiya əlaqələrinin bərpasının reallaşdırılması məqsədilə üçtətərəfli İşçi qrupunun yaradılmasını və 10 noyabr bəyanatına uyğun olaraq, dəmir yolu və avtomobil yollarının açılması məsələsinin diqqətə saxlanılmasını bəyanatın əsas detalları kimi qiymətləndirə bilərik.

Bəyanatın mətnini təqdim edirik:

1. 2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.

2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.

3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.

4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO