Sərdar Cəlaloğlu: “SSRİ bərpa olunsun” deyənlərin dilini çıxartmaq lazımdır”

Sərdar Cəlaloğlu: “SSRİ bərpa olunsun” deyənlərin dilini çıxartmaq lazımdır”

Hazırda oxunan: Sərdar Cəlaloğlu: “SSRİ bərpa olunsun” deyənlərin dilini çıxartmaq lazımdır”

54701

“SSRİ bərpa olunsun deyənlər Azərbaycan Konstitusiyasının 1-ci hissəsində göstərilən maddə ilə vətən xaini elan olunmalı və saxlanılaraq cəzalandırılmalıdır”.

Bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında Qazaxıstandakı hadisələr fonunda Azərbaycandakı “5-ci kolon”un fəaliyyətini şərh edən Sərdar Cəlaloğlu səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxıstandan rəsmi açıqlama: “Biz "dinc etirazçılar”la deyil, terrorçularla qarşı-qarşıyayıq”


Azərbaycan Demokrat Partiyasının sədri bildirib ki, Azərbaycan müstəqil, unitar dövlətdir. Müstəqilliyin əleyhinə çıxmaq dövlətə xəyanətdir:

“Belə yazılara hökumətimiz qəribə reaksiya verir. Guya boş söhbətdir. Amma “SSRİ bərpa olunsun” deyən hər adamın dilini kökündən çıxartmaq lazımdır. Çünki onlar Azərbaycan Konstitusiyasına dil uzatmış olurlar. Belə adamların olması təbiidir. Parlamentdə də var. Sosial şəbəkələrdə bu səbəbdən belə çıxışlara rast gəlirik. Hökumətdə Rusiya maraqlarını müdafiə edən kifayət qədər insan mövcuddur. Onların adamları sosial şəbəkələrdəki hibrid müharibədə iştirak edirlər. Əslində bu, Rusiyanın Azərbaycan dövlətinə qarşı apardığı hibrid savaşdır.

Azərbaycan vətəndaşı adı altında kimlərsə çıxış edir. Onların konkret şəxs olduğunu haradan bilmək olar?

Ola bilər ki, hansısa rus agenti oturub sosial şəbəkədə min dənə saxta profil açıb və Azərbaycan dövlətinin suverenliyinə zidd bəyanatlar yayır. Bunlar hamısı mümkündür. 
Son illər sosial şəbəkələr vətəndaşların informasiya azadlığına böyük töhfə veribsə, digər tərəfdən ayrı-ayrı dövlətlər insanların düşmən qüvvələrin təsirinə düşməsi, yanlış informasiyalarla idarə olunmasına münbit şərait yaradır. Rusiya guya “azərbaycanlılar SSRİ-nin bərpasını istəyir” adı altında iş aparır.
 

Sovet İttifaqında yaşamış insanların ən azı 60 yaşı var. Yəni Azərbaycanda Sovet İttifaqını görənlər 5-10 faizdir. Onlar da internet şəbəkələrdən istifadə eləmirlər. Onda sual olunur:


SSRİ-dən bixəbər cavanlar nəyin bərpasını istəyirlər?

Bu onu göstərir ki, SSRİ dövründə yaşamayanların Sovet İttifaqının bərpası ilə bağlı çağırışları provokasioyadan başqa bir şey deyil”.
 

Xatırladaq ki, son günlər Qazaxıstan hadisələri fonunda bəzi mətbu orqan və az-çox tanınmış ekspertlərin sosial şəbəkə paylaşımları Azərbaycanda “5-ci kolon” məsələsini qabardıb.


Çünki digər KİV və tanınmış mütəxəssislər Rusiyanın istənilən addımına bəraət qazandıran həmkarlarını Kremlin Azərbaycandakı “5-ci kolonu” adlandırır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO