“Ermənistanda rus rayonları tapa bilməzsiniz. Azərbaycanda isə İvanovka kəndi var ki, orada Azərbaycanı çox sevən molokanlar yaşayırlar”.
Bizim.Media xəbər verir ki, bunu rusiyalı politoloq jurnalist Maksim Şevçenko İsmayıllıya etdiyi səfərdən sonra paylaşdığı videoda təəssüratını bölüşərkən deyib.
O, həmçinin Azərbaycan xalqına səslənərək bildirib ki, siz Moskvada propoqanda ilə məşğul olanları dinləməyin:
“Onlar Rusiyanın səsi deyil”.
Bizim.Media