“Sülhməramlılar belə davam edərsə, Bakı Laçın dəhlizi məsələsini həll edəcək” – POLİTOLOQ 

“Sülhməramlılar belə davam edərsə, Bakı Laçın dəhlizi məsələsini həll edəcək” – POLİTOLOQ 

Hazırda oxunan: “Sülhməramlılar belə davam edərsə, Bakı Laçın dəhlizi məsələsini həll edəcək” – POLİTOLOQ 

54424

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfərənə rəsmi Bakının cavabı əvvəlkilərdən xeyli ağır oldu.

Hakim “Vahid Rusiya” partiyasının üzvü Yeni il günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərə qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib. 

Bu qanunsuz hərəkət səbəbindən Azərbaycan Prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib.

Qeyd edək ki, Milonov daha əvvəl də Azərbaycanın ərazi suverenliyinə qarşı dəfələrlə hörmətsizlik etmişdi.

Bu səbəbdən də əksər ekspertlər Prezidentin etiraz məktubunu Azərbaycanın son xəbərdarlığı kimi qiymətləndirirlər.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan politoloq Cümşüd Nuriyev Prezidentin etiraz məktubu ünvanlamasını yüksək qiymətləndirərək, Milonovun bu addımı atmasının arxasında dayanan səbəbləri üzə çıxarıb:

“Təbii ki, Azərbaycan Prezidentinin bu addımı yüksək qiymətləndirilməlidir. Artıq Milonov son 3 ayda 3-cü dəfədir ki, Xankəndinə gəlir. Maraqlısı da budur ki, sülhməramlılar fırıldaqçı, qaydapozan adamı böyük məmnuniyyətlə Xankəndinə buraxırlar. Bu ermənilər üçün də bir növ təskinlikdir. Çünki bu təbliğatı Qarabağdan köçən ermənilərin geri qayıtması və bölgədə yaşayan ermənilərin gedişini əngəlləmək üçün Rusiya həyata keçirir. Bunlar əvvəlcədən planlaşdırılıb”. 

Görünən qədərilə isə, rəsmi Bakının Qarabağa qanunsuz səfərləri səbəbindən diplomatik kanallar vasitəsilə atacağı addımlar tükənmək üzrədir.

Bundan sonra hər şey sülhməramlıların fəaliyyəti (fəaliyyətsizliyi) ilə birbaşa bağlı olacaq. Bununla birlikdə Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti hörmətsizliyinin cavabının praktiki addımlar olacağını proqnozlaşdıra bilərik. 

Xüsusilə də, Laçın dəhlizində sərhəd nəzarəti postlarının qurulmasını mümkün addım kimi dəyərləndirmək olar.

Çünki bu baş verərsə Azərbaycan ərazi suverenliyini pozmağa cəhd edən xarici ölkə vətəndaşlarının ayağı sərhədçilərimiz tərəfindən birdəfəlik kəsiləcək.

Belə olan vəziyyətdə, nə müsahibizin də qeyd etdiyi kimi, ermənilərin Qarabağda yaşayışının stimullaşdırılması mümkün olacaq, nə də sülhməramlıların qanunsuzluqlara göz yumması...

Murad Əhmədov, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO