Son günlər Qazaxıstanda baş verən olaylarla bağlı müxtəlif fikirləri özündə əks etdirən çoxsaylı proqnozlar verilir. Xüsusilə də, proseslərdə xarici faktorların rolu əksər siyasətçilər tərəfindən ön plana çıxarılır.
Bizim.Media xəbər verir ki, sabiq XİN rəhbəri Tofiq Zülfüqarov baş verənlərlə bağlı öz proqnozunu bildirib.
MÖVZU İLƏ BAĞLI:
Prezident Adminstrasiyasının rəhbərindən Almatıda baş verənlərə ŞƏRH – VİDEO
Eks nazir özünün sosial şəbəkə hesabından yazdığı statusda KTMT hərbçilərinin Qazaxıstana göndərilməsində əsas məqsədin nədən ibarət olduğunu qeyd edib:
“Bir növ absurd teatr... 2400 KTMT hərbçisi 3 Fransa boyda ölkəyə nəzarəti ələ keçirməlidir. Maraqlıdır, bu sürreal tamaşanın əsas məqsədi nədir? Mənim versiyam Çinin qərb zonasıdır. Çünki etnik olaraq qeyri-çinli əhalinin əksəriyyəti burada yaşayır...”
Murad Əhmədov, Bizim.Media