Qazaxstanda nə baş verir? Sular duruluna qədər tam konturları görmək mümkün olmasa da fakt odur ki, ortada bir ölkənin suverenliyi, onun müstəqil siyasi kursu hərraca çıxarılıb.
Gürcüstan Ekspertlər Klubunun üzvü Gia Xuxaşvili də Bizim.Media-ya danışarkən qeyd edib ki, “Qazaxıstanda baş verənlərin səbəbi sırf sosialdır. Amma siyasi avantüristlər bundan maksimum istifadə etməyə və öz məqsədləri üçün yararlanmağa çalışırlar”.
MÖVZU İLƏ BAĞLI:
Almatının mərkəzində atışma davam edir, ölənlər var
Özəl dialoq zamanı gürcü politoloq Bismarkdan sitat gətirərək bildirib ki, inqilabdan yaramazlar istifadə edirlər.
Və belə proseslərdə xalq həmişə uduzur:
“Yəni kimin qələbə çalmasından asılı olmayaraq daha çox sadə vətəndaşlar itirirlər. Qazaxıstandakı olaylar hazırda iri geosiyasi qarşıdurmaya çevrilib. Və bu mübarizədə “böyük dayı”lar qazax xalqının faciəsi, Qazaxıstanın suverenliyinin itirilməsindən maksimum mənfəət əldə etməyə çalışacaqlar”.
Gia Xuxaşvili “böyük dayı”lar eyhamı ilə böyük gücləri nəzərdə tutub.
Bizim.Media