Tofiq Zülfüqarov: “Laçındakı sərhəd və gömrük postları bərpa edilməlidir”

Tofiq Zülfüqarov: “Laçındakı sərhəd və gömrük postları bərpa edilməlidir”

Hazırda oxunan: Tofiq Zülfüqarov: “Laçındakı sərhəd və gömrük postları bərpa edilməlidir”

54071

Azərbaycanın Qarabağ İqtisadi Rayonunun müvəqqəti sülhməramlı məsuliyyət zonası ilə bağlı, daha dəqiq desək, Rusiya missiyasının fəaliyyəti ilə əlaqədar vaxtaşırı müəyyən narazılıqlar yaranır. Son oxşar ajiotaj səbəbi rus sülhməramlılarına aid postlardan birində BMT-yə aid bayrağın asılmasıdır.

Eks xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, bu xəbər ya feykdir: “Ya da əsassız asılan bir bayraqdır. Çünki bu bayrağın olub-olmaması hansısa digər ölkələrdən yox, Azərbaycandan asılıdır”. 

Bizim.Media ilə özəl dialoqda Tofiq Zülfüqarov Zəngəzur və Laçın dəhlizlərindən də bəhs edib.
 

MÖVZU İLƏ BAĞLI:

Laçın dəhlizi Azərbaycanın nəzarəti altına verilə bilər – SON SÖZ bu tarixdə deyiləcək


Belə ki, bütün proseslər onu göstərir ki, növbə Laçınındır:

“Çünki Ermənistan öz mövqeyini müəyyənləşdirib və açıq şəkildə bəyan edir ki, Zəngəzurda Ermənistanın suveren hüquqları gözlənilməlidir. Amma Ermənistan tələbinin hansı formada təmin olunacağı hələ bəlli deyil. Proseslər gedir. Təbii ki, növbə Laçına gəlir. Çünki Azərbaycan vaxtı ilə birmənalı formada bəyan edib ki, Zəngəzurda hansı şərait olacaqsa, bu Laçında da olacaq.

Bu baxımdan, Laçındakı sərhəd və gömrük kontrolları bərpa edilməlidir. Lakin təhlükəsizlik işləri – postpatrul xidmətini və s. sülhməramlılar apara bilər. Yəni sülhməramlıların Laçın fəaliyyəti davam edə bilər, ancaq giriş-çıxışa Azərbaycanın nəzarəti bərpa olunmalıdır”. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO