2022-ci ilin ilk günlərinin Almaniya, Niderland və Qazaxıstanda etirazlarla başlaması əksər siyasi ekspertlərdə bədbin proqnozlar formalaşdırıb. Buna baxmayaraq, 2022-ci il həm də postpandemiya dövrü kimi də proqnoz edənlər var.
Millət vəkili Elman Nəsirov hesab edir ki, pandemiya ilə vidalaşmağa hazırlaşan dünya postpandemiya dövründəki problemlərin həlli istiqamətində birgə səylər göstərməlidir:
MÖVZU İLƏ BAĞLI:
"Ermənilər niyə Qarabağda qalmalıdır?" - Elman Nəsirovdan David Babayana CAVAB
“Pandemiya ilə mübarizə nə qədər qəliz, nə qədər mürəkkəbdirsə, postpandemiya da bundan az əhəmiyyətli məsələ deyil. Çox şeylərə yenidən baxmaq və dəyərləndirmək lazım gələcək”.
Cənubi Qafqazın 2022-ci ili haqqında da Bizim.Media-ya danışan deputatın gözləntiləri nikbindir.
Çünki 2021-ci ildə Qarabağın bərpası ilə bağlı ciddi işlər görülüb:
“Eyni zamanda, Ermənistan-Azərbaycan münasibətlərində kövrək də olsa, müəyyən müsbət tendensiyalar var. Məncə, 2022-ci ildə onun möhkəmləndirilməsi, iki ölkə arasında delimitasiya və demarkasiya ilə bağlı məsələlərdə, Zəngəzur dəhlizinin işə salınmasında, nəqliyyat-kommunikasiyaların bərpası istiqamətində daha ciddi işlərin görüləcəyinə inam var. 2022-ci ildə sülh sazişinin imzalanması üçün münbit şəraitin olacağına inanmaq istərdim”.
Bizim.Media