Moderator.az xəbər verir ki, bunu bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər. Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacağı ehtimalı var. Abşeron çimərliklərində: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə dəniz suyunun temperaturu 25-26° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27° isti, Türkan, Hövsan, Şıx, Sahildə 27-28° isti təşkil edəcək. Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 18-23° isti, gündüz 30-35° isti olacağı gözlənilir. Dağlarda əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 14-19° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
- A-
- A
- A+
Gündəm
15:06 / 31.08.2014
Hava proqnozu - 1 sentyabr
Hazırda oxunan: Hava proqnozu - 1 sentyabr
Hazırda oxunan: Hava proqnozu - 1 sentyabr
53734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































