Erməni işğalına BU ŞƏRTLƏ son qoyuldu – Hikmət Babaoğludan ŞƏRH

Erməni işğalına BU ŞƏRTLƏ son qoyuldu – Hikmət Babaoğludan ŞƏRH

Hazırda oxunan: Erməni işğalına BU ŞƏRTLƏ son qoyuldu – Hikmət Babaoğludan ŞƏRH

53366

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlıların bayram etdikləri mühüm həmrəylik bayramıdır. Bu il isə biz xalq olaraq bu bayramı daha böyük coşqu və təntənə ilə qeyd edəcəyik. Çünki məhz milli birliyimiz və həmrəyliyimiz sayəsində, Ali Baş Komandanımız, Prezident İlham Əliyevin siyasətinin yanında olmaqla erməni işğalına son qoyduq, tarixi zəfər əldə etdik”.

Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında millət vəkili Hikmət Babaoğlu səsləndirib. 

Onun həmrəylik günü ilə bağlı fikirlərinin davamını təqdim edirik:
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan “3+3” formatını dağıdır? – SƏBƏBLƏRİ Hikmət Babaoğlunun ŞƏRHİNDƏ


“Bu gün isə əldə etdiyimiz böyük qələbənin bizə bəxş etdiyi milli qüruru yaşamaqdayıq. Biz həmrəyliyin nələrə qadir olduğunu nümayiş etdirməyi bacaran və onun nəticələrini görən xalq kimi, bundan sonrakı fəaliyyətimizdə də bu mühüm mənəvi-siyasi faktoru daima diqqətə almalıyıq.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən, hələ Naxçıvanda olarkən qoyulan bu bayram bu gün milli bayram səviyyəsində qeyd edilir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bütün xalqımız təbrik edir, yüksək milli keyfiyyətlər, daha böyük qələbələr, sülh və rifah arzulayıram”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO