Bu yazıda 2021-ci ildə dünyada baş verən ən mühüm hadisələr qeyd olunub.
Bizim.Media xəbər verir ki, 2021-ci ilin elə ilk günündə - yanvarın 1-də Böyük Britaniyanın Avropa İttifaqından çıxması rəsmiləşib:
MÖVZU İLƏ BAĞLI:
YENİ İL QABAĞI Baydenin Putinlə vacib telefon danışığı başa çatdı
1. Yanvarın 6-da Tramp tərəfdarları Baydenin seçilməsinə etiraz olaraq Kapitoliyə soxulublar.
2. Yanvarın 11-də Moskvada Qarabağla bağlı ikinci üçtərəfli bəyanat imzalanıb.
3. Fevralın əvvəllərində Myanmarda hərbi çevriliş baş verib və 1 illik fövqəladə vəziyyət elan
olunub.
4. Martın əvvəllərində Fransanın eks prezidenti Nikola Sarkozi korrupsiya ittihamı ilə günahkar sayılıb və 3 illik həbs cəzasına məhkum edilib. Cəzasının 2 ilini şərti azadlıqdan məhrumetmə şəklində çəkəcək.
5. Martın sonunda İsraildə parlament seçkiləri baş tutub və Benyamin Netanyahunun 12 illik ölkə rəhbərliyi yekunlaşıb.
6. Avqustun sonlarında ABŞ Əfqanıstandakı 20 illik missiyasını tamamlayıb. Hakimiyyət yenə Talibana keçib.
7. Barbados Britaniyanın müstəmləkəçiliyindən çıxaraq monarxiya idarə üsulundan respublikaya keçib.
8. Dekabrda Angela Merkelin 16 illik Almaniya kanslerliyi sona çatıb.
9. Sentyabrda Avstraliya, ABŞ və Britaniyanın daxil olduğu AUKUS müdafiə birliyi yaradılıb. Məqsəd Çin və gələcəkdə Rusiya ilə rəqabətə hazırlıq və bu iki ölkədəki hərbi inkişafları nəzarətdə saxlamaqdır.
10. Polşa və Belarus sərhədində miqrasiya böhranı başlayıb.
11. Bitcoin tarixi maksimumuna çatıb.
12. Tokioda 32-ci yay Olimpiya oyunları baş tutub.
13. “Time” jurnalı İlon Maskı ilin adamı elan edib.
14. İl ərzində “yota”, “mü”, “omikron” kimi yeni koronavirus ştamları peyda olub.
15. Qəzza zolağında İsraillə Fələstin arasında qarşılıqlı raket zərbələri qeydə alınıb.
16. Azərbaycan üçün ilin sonu Stokholm, Soçi və Brüssel görüşləri ilə yadda qalıb.
17. Ermənistan Haaqa məhkəməsində Azərbaycana uduzub.
18. Suveyş kanalında yük gəminin hərəkəti dayandırması dünya iqtisadiyyatının əsas problemi olub.
19. Paşinyan hökuməti Koçaryandan sonra digər Xocalı qatillərindən olan Serj Sarkisyan barədə də məhkəmə işinə start verib.
20. Türk lirəsi devalvasiya nəticəsində düşüb.
21. Dekabrın 21-də MDB-nin yaranmasının 30 illiyi tamam olub.
Bizim.Media