Yücel Karauz: \

Yücel Karauz: \"Sülhməramlıların Qarabağdakı davranışlarına Türkiyənin göz yummaq fikri yoxdur” - ÖZƏL

Hazırda oxunan: Yücel Karauz: \"Sülhməramlıların Qarabağdakı davranışlarına Türkiyənin göz yummaq fikri yoxdur” - ÖZƏL

53230

"Böyük dövlətlərin siyasəti bölgəyə görə də dəyişə bilir. Qarabağla bağlı da fərqli siyasətlər yürüdülə bilər. Əslində Rusiya 44 günlük savaş bitəndən bəri imzalanan bəyanatlarla da Azərbaycanın haqq savaşına dəstək xarakterli davranış sərgiləyib" deyən Türkiyəli general və hərbi ekspert Yücel Karauz əlavə edib ki, Kreml sözügedən addımlarını həm Bakı, həm də Ankara ilə uyğun şəkildə atır.

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi Bizim.Media-ya özəl müsahibəsində bildirib ki, eyni sözləri sülhməramlıların fəaliyyəti barədə demək olmaz.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyəli general 44 günlük müharibədən DANIŞDI: “10-15 ilə bərpa olunmayacaq”   


Belə ki, sülhməramlıların 1 illik xidməti ərzində müxtəlif terror və digər təxribatlar yaşanıb:

"Bura xarici siyasətçilərin Qarabağa qanunsuz səfərlərini də aid etmək olar. Sonuncu dəfə Dumadan bir deputatın (Milonov) Qarabağa səfəri, sülhməramlılar sanki Qarabağdan heç vaxt çıxmayacaqlar kimi qalıcı təsisləri, missiya səlahiyyətlərini aşan fəaliyyətləri də neqativ nüanslar siyahısına daxildir. Yəni 5 illik gəlib, özlərini elə aparırlar elə bil 10 illik gəliblər".

Yücel Karauzun fikrincə, Rusiya nöqteyi-nəzərindən bu addımlar normal görünür. Amma Türkiyə ilə Azərbaycanın buna göz yummaq niyyəti yoxdur:

"ATƏT-in Minsk Qrupunun bizim 28 ilimizi aldığı, neytral olmadığı kimi sülhməramlılar nəzərimizdədir. Azərbaycan regiondakı terror fəaliyyətlərinin cavabını artıqlaması ilə verir. Bu isə Bakının qərarlı olmasından irəli gəlir. Amma məncə, Azərbaycan bu problemi beynəlxalq hüquq çərçivəsində, yekun sülh sazişinə aparan yolda maneə yaratmadan həll edəcək", - deyə Yücel Karauz cavabını bitirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO