Siyavuş Novruzov Avropadakı müxalifətçiləri TÖVBƏYƏ çağırdı:

Siyavuş Novruzov Avropadakı müxalifətçiləri TÖVBƏYƏ çağırdı: "Gəlib Prezidentdən imdad diləyəcəklər"

Hazırda oxunan: Siyavuş Novruzov Avropadakı müxalifətçiləri TÖVBƏYƏ çağırdı: "Gəlib Prezidentdən imdad diləyəcəklər"

53207

“Mən əminəm ki, törətdiyi əməllərə və səhvlərə görə Avropada yaşayan o azərbaycanlıların hamısı gəlib Prezident İlham Əliyevdən üzr istəyəcək, imdad diləyəcəklər”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, tövbə qapısı hər zaman açıqdır: 

“Onlar gəlib tövbə edə bilərlər. Bu insanlar uzun illər Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin apardığı siyasətə əks mövqe sərgiləyiblər, bu siyasətə qarşı ziddiyyətli addımlar atıblar”.

S. Novruzov qeyd edib ki, hazırda televiziyalara eyni simaları dəvət edirlər: 

“Eyni adam xarici siyasətdən də, daxili siyasətdən də, beynəlxalq hüquqdan, beynəlxalq münasibətlərdən, doğuşdan da, ölümdən də danışır. İctimaiyyətə də düzgün olmayan məlumatlar çatdırırlar”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO