ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanın 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin “Twitter” səhifəsində paylaşım edilib.
“Biz Azərbaycanın 2021-ci il noyabr ayının 16-da saxlanılan beş erməni hərbçini dekabrın 29-da geri qaytarmasını alqışlayırıq”, - paylaşımda qeyd olunub.
Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq dekabrın 29-da Macarıstan vasitəçiliyi ilə 5 erməniəsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.
Həmin şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməniəsilli hərbi qulluqçulardır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:50 / 30.12.2021
ABŞ Azərbaycanın beş erməni hərbçini təhvil verməsini alqışladı
Hazırda oxunan: ABŞ Azərbaycanın beş erməni hərbçini təhvil verməsini alqışladı
Hazırda oxunan: ABŞ Azərbaycanın beş erməni hərbçini təhvil verməsini alqışladı
53162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.