Ceyhun Bayramov Küveyt səfiri ilə görüşdü

Ceyhun Bayramov Küveyt səfiri ilə görüşdü

Hazırda oxunan: Ceyhun Bayramov Küveyt səfiri ilə görüşdü

53121

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparılıb.

Tərəflər ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini və iqtisadi, ticarət və turizm sahələrində əməkdaşlığı daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Ceyhun Bayramov səfirin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO