Son günlərdə adı ətrafında geniş müzakirələr gedən şəxslərdən biri də Qarabağdakı qondarma rejimin qalıqlarının “rəhbər”i Arayik Arutyunyandır.
Xüsusilə də, Nikol Paşinyanın məlum açıqlaması ilə, Qarabağ məsələsini İrəvanın gündəmindən birdəfəlik çıxarmasına Arayikin verdiyi reaksiya Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan ermənilərin başçısı ətrafında müzakirələri daha da artırıb.
Əsas maraqla qarşılanan məsələ, Paşinyan tərəfindən hakimiyyətə gətirildiyi iddia olunan Arayikin birdən-birə “hami”sinə baş qaldırmasıdır.
Lakin Arutyunyan haqqında müxtəlif ölkə mənbələrindən əldə etdiyimiz məlumatlar reallığın heç də bu cür olmadığını deməyə əsas verir.
MÖVZU İLƏ BAĞLI:
Bakıda Arayiki dəstəkləyənlər kimlərdir? - İstiqlalçı deputatdan ŞOK AÇIQLAMA
Əvvəlcə Arayikin Paşinyanın kölgəsində olmadığı şübhəsini artıran məqamlar barədə..
Təbii ki, ilk ağıla gələn detal, Arayikin Paşinyana qarşı çıxış etməsi idi. Doğrudur, bir qrup ekspertlər bunu əvvəlcədən danışılmış oyun kimi qiymətləndirdilər. Lakin millət vəkili Hikmət Babaoğlu mövzu ilə bağlı açıqlamalarından birində, nə Ermənistanın, nə də qondarma rejimin bu qədər geniş manevr imkanlarına malik olmadığını qeyd edib.
Digər önəmli nüans isə, qondarma rejimin büdcəsinin yarıdan çoxunun İrəvandan ayrılmasıdır. Yəni, Arayik rejimə pul gələn arxın suyunun kəsilməsi bahasına, Paşinyana qarşı çıxmaqdan çəkinmədi.
Üçüncüsü, yay aylarında Xankəndidə etirazlar başlayanda, bölgədə güclü təsir imkanlarına malik olana “Qarabağ klanı” Arayikə qarşı xalqın qəzəbini silah kimi istifadə etmədi.
Bu detallar, Arutyunyanın güvəndiyi dağların, Paşinyandan daha uca olduğu şübhəsini daha da artırır.
Arayik Arutyunyan 1973-cü ildə Xankəndidə anadan olub. Birinci Qarabağ savaşı dönəmində gənc yaşlarında olmasına rəğmən, 1992-ci ildə İrəvan Universitetindəki ali təhsilini yarımçıq buraxaraq, Kəlbəcərdəki erməni birləşmələrinə dəstək üçün qoşulub. Daha sonra isə təhsilini Xankəndi Univrsitetində davam etdirib.
Hələ o dönəmdə, 19 yaşı olan gənc Arayikin öz qərarı ilə könüllü şəkildə Qarabağa gəlmədiyi əsas iddialar arasındadır. Onun həmin vaxtlar Rusiya hökumətinin ciddi dəstəyini alan Qarabağ klanının əli ilə məqsədli şəkildə münaqişə bölgəsinə gətirildiyi iddialar arasındadır.
İyunun 3-də “Hraparak” nəşrində Ermənistan seçkiləri ilə bağlı yazılan məqalələrdən birində, Robert Köçəryan-Arutyunyan əlaqələri də aydın şəkildə öz yerini tapıb.
Belə ki, qondarma rejimin daxili işlər naziri Karen Sarkisyan Arutyunyanın özünə varis hesab etdiyi namizədir və Sarkisyan Köçəryanın sağ əli və “Qarabağ klanı”nın güclü fiqurlarından hesab olunan Qrişa Sarkisovun oğludur.
Eyni mənbədə dərc olunan bir digər məqalədə Arutyunyanın idarəetmə tərzinin Ermənistanın Köçəryan-Sarkisyan tandeminin üslubu ilə eynilik təşkil etdiyi qeyd olunub.
Digər rus mənbələrindən birində isə, Arayikin hələ o dövrlərdən etibarən, “Qarabağ klanı” və onun Moskvadakı dəstəkçiləri tərəfindən xüsusi olaraq yetişdirildiyi qeyd olunub. Bu səbəbdən dolayı, Arutyunyanın bu gün Rusiyada əsasən də hərbi çevrələrdə uğurlu münasibətlərinin olduğu bildirilir.
Nəticə olaraq isə, 1 ildən çox müddətdir ki, Qarabağa gələn Rusiya sülhməramlılarının komandirləri, İrəvan və Bakıdakı görüşlərdən daha çox, Arayiklə oturub-durmağa üstünlük verirlər.
Arutyunyanın Rusiya hərbi dairələrində “day-day”larının olması iddiasını gücləndirən digər mühüm məqamsa, xarici ölkə nümayəndələrinin sülhmərmalıların nəzarəti zonasından maneəsiz keçərək Arayiklə görüşə gələ bilmələridir.
Ümumilikdə isə, beynəlxalq axtarışda olan terroçu Arayik Arutyunyanın bundan sonra da fəaliyyətini əvvəlki kimi davam etdirəcəyi real görünmür. Çünki istər Azərbaycanın tərəfinin təzyiqləri, istərsə də Paşinyanın Qarabağdan üz döndərməsindən sonra kənardan gələn yardımların belə Arutyunyanın köməyinə çatmayacağı artıq bəllidir.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:30 / 30.12.2021
Ölü rejimin qəbirini düzəldən qozbel – Arayik əslində KİMDİR?
Hazırda oxunan: Ölü rejimin qəbirini düzəldən qozbel – Arayik əslində KİMDİR?
Hazırda oxunan: Ölü rejimin qəbirini düzəldən qozbel – Arayik əslində KİMDİR?
53106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.