Ceyhun Bayramov Əlcəzairin yeni səfiri ilə fikir mübadiləsi apardı - FOTO

Ceyhun Bayramov Əlcəzairin yeni səfiri ilə fikir mübadiləsi apardı - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Əlcəzairin yeni səfiri ilə fikir mübadiləsi apardı - FOTO

53055

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdeluahab Osmanı qəbul edib.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfir Abdeluahab Osmanın etimadnaməsinin surətini qəbul edən nazir Ceyhun Bayramov Əlcəzair səfirini təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycanın Əlcəzair ilə münasibətlərin inkişafına yüksək əhəmiyyət verdiyini qeyd edib və bu xüsusda iki ölkə arasındakı yüksək səviyyəli təmasların vacibliyinə istinad edib. 

A.Osman Azərbaycana təyinatından məmnunluğunu ifadə edib. O, ölkəsinin hər zaman sülh diplomatyasına üstünlük verdiyini və bu xüsusda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün imkanların olmasından razılığını bildirib.

O, Azərbaycan və Əlcəzair arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayan səfir bunun üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə tərəflər habelə ikitərəfli əlaqələrin inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO