İranın Azərbaycandakı səfirliyi iranlı idmançıların Xankəndidə keçirilən yarışa qatılmasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, açıqlamada MMA-nın (qarışıq döyüş növləri) İranda qadağan olunmuş oyunlar sırasında olduğu diqqətə çatdırılıb.
MÖVZU İLƏ BAĞLI:
İrandan Xankəndiyə SAXTA BABALAR gəlib - TƏFƏRRÜAT
“Özünü İran vətəndaşı kimi təqdim edən bir neçə şəxsin 28 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində döyüş yarışlarında iştirakı ilə bağlı bildirmək istərdik ki, İran İslam Respublikasında MMA (qarışıq döyüş növləri) qeyri-ənənəvi döyüş idmanı zorakılıq səbəbi ilə, həmçinin mərclə əlaqəsi olduğu üçün rəsmən tanınmır və qadağan olunmuş oyunlar sırasındadır”, - açıqlamada deyilir.
Səfirlik bu şəxslərin Xankəndi şəhərində adı keçən qanunsuz yarışlarda iştirakı ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyinin siyasəti arasında əlaqənin olmadığını vurğulayıb.
Bizim.Media