YAP-çı deputat: “Azərbaycanın AİB-ə üzvlüyü Peterburqda müzakirəyə çıxarıla bilər” - VİDEO 

YAP-çı deputat: “Azərbaycanın AİB-ə üzvlüyü Peterburqda müzakirəyə çıxarıla bilər” - VİDEO 

Hazırda oxunan: YAP-çı deputat: “Azərbaycanın AİB-ə üzvlüyü Peterburqda müzakirəyə çıxarıla bilər” - VİDEO 

52873

“Peterburqda hansı məsələlərin müzakirəyə çıxarılacağını proqnozlaşdırmaq üçün ilk öncə verilən açıqlamalara və tərəflərin hazırlıqlarına baxmalıyıq. Doğrudur, bunun üçün ilk öncə 2021-ci il 11 yanvar üçtərəfli görüşündən başlayaraq, Soçi və Brüssel görüşlərinə diqqət çəkməliyik. Çünki əsas qərarlar bu kontekstdə qarşımıza çıxan məsələlərə uyğun olacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Hikmət Babaoğlu qatıldığı canlı yayımlardan birində qeyd edib.

MÖVZU İLƏ BAĞLI:

Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammiti: İlham Əliyev və Paşinyan nəyi müzakirə edəcək?

Belə ki MDB dövlət başçılarının Sankt-Peterburqda baş tutacaq görüşündə müzakirəyə çıxarılacaq məsələlərlə bağlı fikirlərini bölüşən deputat 2 əsas mövzuya diqqət çəkib.

İlk, ehtimal kimi, millət vəkili Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü məsələsinin müzakirəyə çıxarıla biləcəyini proqnozlaşdırıb:

“Nazarbayev Azərbaycana çağırış etdi ki, AİB-də Azərbaycanı da görmək istəyir. Rusiya xarici işlər nazirliyinin mətbuat katibi buna dərhal cavab verərək, Azərbaycanın üzvlüyünü normal qarşılayacaqlarını qeyd etdi. Hətta Ermənistan Baş naziri də Azərbaycanın üzvlüyü məsələsi müzakirəyə çıxarılarsa bunun əleyhinə səs verməyəcəklərini bəyan etdi. Halbuki daha əvvəl, bu məsələnin qəti əleyhinə idilər”.

Hikmət Babaoğlu Azərbaycanla Ermənistan arasında hər hansı sənədin imzalana biləcəyi ilə bağlı da fikirlərini bölüşüb:

“Digər müzakirəyə çıxarılacaq məsələ hər hansı sənədin imzalanmasıdır. Bilirik ki, MDB dövlət başçılarının bu cür görüşləri vaxtaşırı baş tutur.
Biz diqqət yetirməliyik: əgər Putin, Əliyev, Paşinyan görüşü ayrıca nəzərdə tutulubsa, biz hər hansı konkret sənədlərin müzakirə olunacağını iddia edə bilərik. Əgər Rusiya diplomatiyası hesab edəcəksə ki, onlar Avropadan geri qalmırlar və yaxud da rus siyasətçi Azərbaycan və Ermənistan liderlərinin təkbətək görüşünü təşkil edəcəksə, biz o zaman məsələnin daha dərin olduğunu anlayacağıq”.

Millət vəkilinin fikrincə, sazişin imzalanması ehtimalı o qədər də çox deyil:

“Əgər belə bir şey baş tutacaqsa, rus diplomatiyası onun üçün xüsusi seromoniya hazırlayacaq. Bu səbəbdən də, indiki vəziyyətdə hər hansı sənədin imzalanmasını proqnozlaşdırmaq çətindir”.

Murad Əhmədov, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO