Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının çağırılması haqqında qərar imzalayıb.
Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası 2021-ci il dekabr ayının 29-da saat 11:00-da Naxçıvan şəhərində keçiriləcək.
Sessiyanın müzakirəsinə 8 məsələ daxildir.
Sessiyada 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial - iqtisadi inkişafının yekunları, Naxçıvan MR-nın 2022-ci il dövlət büdcəsinin təsdiq edilməsi, Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi, işsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi, “Naxçıvan MR Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi, “Normativ hüquqi aktlar haqqında” Naxçıvan MR-nın Qanununda dəyişiklik edilməsi, “Naxçıvan MR-nın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan MR-nın Qanununda dəyişiklik edilməsi və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı məsələləri müzakirə ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:45 / 28.12.2021
Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı – 8 məsələ müzakirə olunacaq
Hazırda oxunan: Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı – 8 məsələ müzakirə olunacaq
Hazırda oxunan: Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı – 8 məsələ müzakirə olunacaq
52830
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.