Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağın statusu məsələsi Azərbaycan konstitusiyasına uyğun şəkildə həll olunacaq”, açıqlamasına qondarma rejimin tör-töküntüləri tərəfindən sərt etiraz edilib. “Rejim”in başçısı Arayik Arutyunyan bu addımın onlar üçün qəbuledilməz olduğunu bildirib.
Bu cür vəziyyətin yaranması isə, Qarabağın rus sülhməramlılarının nəzarəti altında olan hissəsində yerləşən erməni terrorçuları tərəfindən hər hansı təxribatın baş verməsi ehtimallarını yaradıb.
Eyni zamanda buna müvafiq olaraq Azərbaycanın antiterror əməliyyatlarına başlaması məsələsi də yenidən gündəmə gəlib.
“Qarabağdakı separatçı rejim Nikol Paşinyanın açıqlamasına bacardığı qədər sərt reaksiya verməyə çalışır. Buna görə də, orada mövcud olan hərbi və silahlı birləşmələrin, bu günlərdə, xüsusilə də, bayram ərəfəsində hər hansı formada təxribata əl atacaqları istisna deyil”.
Bu fikirləri məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən hərbi ekspert Ədalət Verdiyev bildirib.
MÖVZU İLƏ BAĞLI:
Xankəndidə separatçılar erməniləri silahlandırır - Anti-terror əməliyyatları...
Ekspert təxribat ehtimalına qarşı Azərbaycan Silahlı Qüvvələri hazırlıqlı olduğunu da diqqətə çatdırıb:
“Biz bu tip təxribatlarla əvvəlki illərdə də qarşılaşmışıq. Odur ki, həm Ermənistanla sərhəddə, həm də Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərinin perimetri üzrə xidmət aparan hərbi heyətimiz ayıq-sayıq olmalıdır. Çünki erməni tərəfinin hər cür təxribatlara əl atması mümkündür. Dünən Müdafiə Nazirliyi tərəfindən keçirilən toplantı da bu cür mümkün təxribatların qarşısının alınması üçün hazırlıq tədbirləri üzrə göstərişlər vermək və bu fəaliyyətləri razılaşdırmaq məqsədi daşıyırdı”.
Ədalət Verdiyev Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlaması varinatı ilə bağlı da fikirlərini bölüşüb:
“Azərbaycan silahlı qüvvələrinin ərazidə hər hansı əməliyyatlar keçirməsi bizdən asılı deyil. Biz Azərbaycan üçün müharibənin başa çatdığını elan etmişik. Yox, əgər Ermənistan tərəfi və erməni terrorçuları hesab edirlərsə, müharibə bitməyib, o zaman bunu yoxlasınlar. Tamamilə əminəm ki, baş verənlər 16 noyabr olaylarından heç nə ilə fərqlənməyəcək. Bəlkə də tam əksinə, Ermənistan bu dəfə daha çox ərazi, heyət və silah-sursat itirəcək”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:15 / 28.12.2021
Xankəndidə hər an antiterror əməliyyatları başlaya bilər - Ekspertdən AÇIQLAMA
Hazırda oxunan: Xankəndidə hər an antiterror əməliyyatları başlaya bilər - Ekspertdən AÇIQLAMA
Hazırda oxunan: Xankəndidə hər an antiterror əməliyyatları başlaya bilər - Ekspertdən AÇIQLAMA
52822
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.